Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının yeni tərkibi formalaşdırıldı
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Ümumi Yığıncağının iclası keçirilib
ASA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, təsisçilərin Ümumi Yığıncağının iclasında Assosiasiyanın Müşahidə Şurasının yeni tərkibi formalaşdırılıb.
ASA-dan verilən məlumata görə, iclasda Assosiasiyanın 2022-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub, həyata keçirilən görüş və tədbirlərlə bağlı məlumat verilib.
Bildirilib ki, 2021 və 2022-ci illərdə sığorta bazarında ardıcıl olaraq qeydə alınan 16% və 15%-lik böyümənin formalaşmasında Azərbaycan Sığortaçılar Assosiasiyasının müstəsna xidmətləri olub. İstər dövlət və özəl sektorla sığorta bazarı arasında əlaqələrin qurulması, istərsə də sığorta maarifləndirməsi və qarşısıalınma tədbirləri istiqamətində aparılan məqsədyönlü tədbirlər mövcud böyümənin təmin olunmasında bilavasitə rol oynayıb.
İclasda ASA-nın 2023-cü il üzrə nəzərdə tutulmuş fəaliyyət planı və layihələri barədə məruzə dinlənilib. Fəaliyyət planı Assosiasiyanın təsisçiləri tərəfindən müsbət qarşılanıb.
ASA-nın nizamnaməsinə uyğun olaraq, iclasda Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının yeni tərkibi də formalaşdırılıb.
Səsvermə əsasında formalaşan yeni tərkibdə ilk dəfə olaraq bir həyat sığortası şirkəti də ASA-nın Müşahidə Şurasının üzvlüyünə daxil olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimi formalaşıb:
“A-Qroup Sığorta Şirkəti” ASC;
“Atəşgah” Sığorta Şirkəti ASC;
“Azərsığorta” Dövlət Sığorta Şirkəti;
“AzRe Təkrarsığorta” ASC;
“AzSığorta” ASC;
“İpək Yolu Sığorta” ASC;
“Qala Sığorta” ASC;
“PAŞA Sığorta” ASC;
“PAŞA Həyat Sığorta” ASC.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























