Dövlət Gömrük Komitəsinə sədr təyin edildi - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında" Sərəncam imalayıb.
Marja xəbər verir ki, Sərəncam ilə, Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Digər sərəncam ilə, Şahin Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib. Bağırov Dövlət Gömrük Komitəsində sədr vəzifəsini müvəqqəti icra edirdi.
Bağırov Şahin Soltan Oğlu 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Respublikadan kənar təhsil proqramı çərçivəsində 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir.İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işinin təşkili” fakültəsini bitirmişdir.
2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlamışdır.
1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlamış, gömrük sistemində müxtəlif vəzifələrdə çalışmış və Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlmişdir.
Birləşmiş Millətlər Təşkilatının Avropa Iqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Yük Daşımaları haqqında Gömrük konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982) İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.
2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışmışdır.
2014-ci ilin fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gömrük xidməti general-leytenantı rütbəsi verilib.
2010-cu ildə Azərbaycanın iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2012-ci ildə 3-cü dərəcəli, 2016-cı ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilmişdi.
Ailəlidir, 2 (iki) övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















