"Alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur"- Əliyev
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlər müəyyənləşdirilib, bu sahədə alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Bu fikirləri Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd edib, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini vurğulayıb.
Həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini deyib. Bildirib ki, alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanlar var.
XXX
Prezident İlham Əliyev Almaniya Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri Azərbaycana səfərə dəvət edib
"Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində islahatlar həyata keçirilib, xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı yaradılıb".
Bunu Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə deyib.
Ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verən dövlətimizin başçısı alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu bildirib, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu da həmsöhbətinin diqqətinə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























