ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
ABŞ Enerji Məlumat İdarəsi (EIA) hesabatında bu il üçün Brent tipli xam neftin orta qiymətinin 55,87 dollar/barel səviyyəsində olacağı proqnozlaşdırılır. Qiymət əvvəlki hesabatda 55,08 dollar olaraq göstərilmişdi.ABŞ Enerji Məlumat İdarəsi (EIA) qlobal neft bazarındakı prosesləri nəzərə alaraq bu il üçün orta neft qiyməti proqnozunu yuxarı yönlü dəyişib.
Marja xəbər verir ki, EIA-nın 2026-cı ilin yanvar ayına olan hesabatına görə, bu il üçün Brent tipli xam neftin orta qiymətinin 55,87 dollar/barel səviyyəsində olacağı proqnozlaşdırılır. Qiymət əvvəlki hesabatda 55,08 dollar olaraq göstərilmişdi.
Qərb Texas tipli (WTI) xam neftin orta qiymətinin isə 52,21 dollar olacağı qiymətləndirilir. WTI üçün ötən ay verilmiş qiymət proqnozu 51,42 dollar idi.
EIA gələn il üçün isə orta qiyməti Brent neftdə 54,02 dollar, WTI-də 50,36 dollar olaraq proqnozlaşdırır.
Qlobal təklifin tələbdən sürətli artması neft qiymətləri üçün həlledici rol oynamağa davam edir.
EIA-nın məlumatına görə, xam neft istehsalındakı güclü artım ilə dənizdə və üzən anbarlarda yığılan neft həcmlərinin artması, Rusiya və Venesuela mənbəli geosiyasi risklərin ixraca təsir ehtimallarını kölgədə qoyub. Bu tendensiya 2025-ci ilin ikinci yarısında qlobal neft stoklarının sürətlə artmasına səbəb olub və stok yığımının 2026 və 2027-də də davam edəcəyi qeyd edilir.
Çinin strateji neft ehtiyatlarını artırmağa davam etməsi, qiymətlər baxımından tarazlaşdırıcı amil kimi önə çıxır. 2025-ci ildə qlobal stok artımlarının əhəmiyyətli hissəsinin Çin strateji ehtiyatlarına yönəldiyi, bunun da tələbi simulyasiya edərək kəskin qiymət düşməsini məhdudlaşdırdığı qeyd olunur. Çinin 2026-da stok artımını gündəlik 1 milyonbareldən bir qədər az səviyyədə davam etdirməsi, 2027-də isə bu sürəti azaltması gözlənilir.
Təklif tərəfdə, OPEC+ qrupu 2026-cı ilin ilk rübündə istehsalı sabit saxlamaq qərarını təsdiqləyib, yüksək stok yığımı gözləntisi səbəbindən 2027-də istehsal artımı gözlənilmir.
Venesuela isə ən vacib qeyri-müəyyənlik amili olaraq qalır. Sanksiyalar və tanker müdaxilələri səbəbindən ölkənin təxminən gündəlik 600 min barellik neft ixracının kəsildiyi və paralel olaraq istehsal dayandırmalarının baş verdiyi proqnozlaşdırılır. Mümkün sanksiya yumşalması və ya ABŞ siyasətində dəyişiklik, təklifin artıq olduğu bazarda neft qiymətləri üzərində aşağı yönlü təzyiqi artıracağı qiymətləndirilir.
ABŞ xam neft istehsalında artım gözlənilir
ABŞ-da gündəlik orta xam neft istehsalının bu il 13 milyon 590 min barel olması gözlənilir. Bu miqdar əvvəlki hesabatda 13 milyon 530 min olaraq proqnozlaşdırılmışdı.
Gələn il isə istehsalın gündəlik orta 13 milyon 250 min varil olacağı proqnozlaşdırılır.
Digər tərəfdən, bu il qlobal neft təklifinin gündəlik orta 107 milyon 650 min barel, qlobal neft tələbinin isə 104 milyon 820 min barel səviyyəsində olacağı qiymətləndirilir.
2027-ci ildə isə qlobal təklifin gündəlik orta hesabla 108 milyon 180 min barelə, tələbin isə 106 milyon 90 min barelə çatması gözlənilir.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
9 d. əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 17 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
1 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Ən çox oxunanlar
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
























