300-dən çox yerli şirkət bir məkanda: Bakıda böyük biznes sərgisi başlayır
Bakı Ekspo Mərkəzində biznes həyəcanı: 300-dən çox şirkət məhsul və xidmətlərini təqdim edəcək17-20 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, "Birbank Biznes"in rəsmi tərəfdaşlığı ilə 7-ci dəfə “Yerli şirkətlərin tanıtım sərgisi” baş tutacaq.
“Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Dörd gün davam edəcək sərgi çərçivəsində həmçinin, iştirakçılar üçün xüsusi ayrılmış “B2B zona”da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, sərgidə “B2G zona” da fəaliyyət göstərəcək. Bu zonada sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu və Azərbaycan Dövlət Reklam Agentliyi sərginin tərəfdaşları sırasındadır.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Həmçinin ziyarətçilər üçün pulsuz avtobus xidməti təşkil olunacaq (Koroğlu Metro Stansiyası, Heydər Əliyev prospekti, "Alov" parkı çıxışı). Avtobusların üzərində sərginin adı qeyd olunacaq.
Baş sponsor: Firavan Park
Sponsor: VIDAL Private Industrial Zone
Təşkilati dəstək: MG Transport, 2K HEDEF
Qeydiyyat sponsoru: Tonuby Group
B2B & B2G zona sponsoru: N-Advert
Promo tərəfdaş: Moon Group
Media Tərəfdaşı: BHB Strategic and Creative CO
Könüllü dəstəyi: UNEC, Tələbə Həmkarlar İttifaqı Komitəsi
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Ziyarətçi qeydiyyatı üçün: bit.ly/42gk9HP
Ətraflı məlumat üçün: marsolexpo.az və *0555
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
1 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Ən çox oxunanlar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb





















