Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
Şirkət regionun aparıcı kreativ platformasında Qran-pri və 10 mükafatla təltif olunduRegionun yaradıcı sənaye, innovasiya və müasir kommunikasiya sahəsində aparıcı platformalarından biri hesab olunan “Baku Flames” festivalı uğurla yekunlaşıb.
15–16 may tarixlərində keçirilən festival bu il də müxtəlif ölkələrdən kreativ sənaye nümayəndələrini, beynəlxalq şirkətləri və media təmsilçilərini bir araya gətirib. Festival çərçivəsində ABŞ, Estoniya, Serbiya, Latviya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan daxil olmaqla 10-dan çox ölkədən ümumilikdə 320 layihə təqdim olunub. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndirilib.
“Azercell Telekom” MMC festivalda yüksək nəticələr əldə edərək Azərbaycan nominasiyaları üzrə “Ən Yaxşı Yerli Brend” adına layiq görülüb. Eyni zamanda, şirkətin “DigiMax” və “Oflayn Qadınlar” layihələri 1 Qran Pri, 2 qızıl və 2 bürünc mükafat qazanıb.
Belə ki, “Oflayn Qadınlar” layihəsi “Sosial təsir kampaniyaları” kateqoriyasında Qran-pri və qızıl mükafata, “Məqsədyönlü strategiya” və “PR-da sosial təsir” üzrə isə bürünc mükafata layiq görülüb. Həmçinin “DigiMax” tarif paketinin tanıtım çarxı “Film istehsalı” nominasiyasında qızıl mükafat əldə edib.
Bununla yanaşı, “Oflayn Qadınlar” sosial layihəsi beynəlxalq kateqoriyalarda mükafat qazanan yeganə yerli brend olaraq 3 gümüş, 2 bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, oflaynqadinlar.az platformasının əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. Sosial təşəbbüs ictimaiyyətə təqdim olunduqdan sonra platforma 30 mindən çox unikal baxış toplayıb.
Azercell festival çərçivəsində təşkil olunan panel müzakirələrdə də təmsil olunub. Şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova “Şəxsi brendinq və korporativ reputasiya” mövzusunda çıxış edib. Texnobloger Fərid Pərdəşünasın moderatorluğu ilə keçirilən paneldə aktyor Azər Aydəmir və müğənni Nigar Camalla birlikdə şəxsi brend və müasir kommunikasiya trendləri müzakirə olunub. Həmçinin Azercell-in Marketinq Ünsiyyət Vasitələri şöbəsinin rəhbəri Nərgiz Sailova da festivalın panel müzakirələrinə qatılaraq yeni nəslin yaradıcı yanaşmaları barədə fikirlərini bölüşüb.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
34 d. əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
54 d. əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
Ən çox oxunanlar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb























