Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”

“Daşınmaz əmlakın idarə olunması” ixtisasının ali təhsil sisteminə daxil edilməsi bazarının inkişafına töhfə verəcək"
iç səhifə xəbər başlığı altı (mobil)_31
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

““Daşınmaz əmlakın idarə olunması” ixtisasının ali təhsil sisteminə daxil edilməsi Azərbaycanda daşınmaz əmlak bazarının inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu qərar yalnız yeni bir ixtisasın yaradılması deyil, eyni zamanda bazarın daha peşəkar, daha şəffaf və daha səmərəli idarəetmə modelinə keçidinin göstəricisidir”.

Reklam_3_11

Bu fikirləri Marja.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova bildirib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda daşınmaz əmlak sektoru iqtisadiyyatın ən fəal inkişaf edən sahələrindən birinə çevrilib: “Yaşayış komplekslərinin, biznes mərkəzlərinin, logistika və sənaye parklarının, ticarət obyektlərinin sayının artması, eləcə də daşınmaz əmlakın investisiya aləti kimi əhəmiyyətinin yüksəlməsi yeni peşə kompetensiyalarına malik mütəxəssislərə tələbat yaradıb.

Bu gün daşınmaz əmlak bazarı artıq yalnız alqı-satqı və ya icarə münasibətləri ilə məhdudlaşmır. Müasir iqtisadiyyatda daşınmaz əmlak iri investisiya aktivi, maliyyə təminatı, gəlir mənbəyi və strateji kapital kimi çıxış edir. Belə aktivlərin effektiv idarə olunması xüsusi bilik, peşə hazırlığı və beynəlxalq standartlara əsaslanan yanaşmalar tələb edir. Yeni ixtisasın yaradılması əmək bazarının və iqtisadiyyatın real ehtiyaclarına verilmiş mühüm cavabdır”.

AQP rəsmisi qeyd edib ki, ABŞ, Böyük Britaniya, Almaniya, Niderland və Sinqapur kimi ölkələrdə daşınmaz əmlakın idarə olunması uzun illərdir ayrıca peşə və akademik istiqamət kimi formalaşıb: “Bu ölkələrin aparıcı universitetlərində əmlak idarəçiliyi, daşınmaz əmlak iqtisadiyyatı və investisiya menecmenti üzrə proqramlar fəaliyyət göstərir və həmin sahə üzrə mütəxəssislər iri həcmli aktivlərin idarə edilməsində mühüm rol oynayırlar.

Beynəlxalq təcrübə göstərir ki, peşəkar idarə olunan daşınmaz əmlak obyektləri daha yüksək bazar dəyərinə, daha güclü investisiya cəlbediciliyinə və daha sabit gəlirlilik göstəricilərinə malik olur. Əmlakın dəyərinə təkcə onun fiziki vəziyyəti deyil, idarəetmə keyfiyyəti, əməliyyat səmərəliliyi və risklərin düzgün idarə olunması da birbaşa təsir göstərir. İnvestorlar üçün aktivin gəlirliliyi ilə yanaşı, onun peşəkar idarəetmə sistemi də mühüm meyarlardan hesab olunur”.

Sədr müavini vurğulayıb ki, yeni ixtisasın yaradılması daşınmaz əmlak bazarının institusional inkişafına da töhfə verəcək: “Burada söhbət yalnız gələcək əmlak menecerlərinin hazırlanmasından getmir. Bu qərar peşə standartlarının formalaşmasına, insan kapitalının inkişafına, korporativ idarəetmə mədəniyyətinin güclənməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə xidmət edəcək. Eyni zamanda universitetlərlə əmək bazarı arasında əlaqələrin möhkəmlənməsinə, müasir kurikulumların hazırlanmasına və beynəlxalq təcrübənin təhsil sisteminə inteqrasiyasına əlavə imkanlar yaradacaq”.

Daşınmaz əmlakın idarə olunmasının qiymətləndirmə fəaliyyəti ilə də sıx bağlı olduğunu söyləyən müsahibimiz aktivlərin bazar dəyərinin müəyyənləşdirilməsi, investisiya potensialının təhlili, gəlirlilik göstəricilərinin qiymətləndirilməsi, risklərin hesablanması və inkişaf perspektivlərinin müəyyən edilməsi hər iki sahənin qarşılıqlı əməkdaşlığını zəruri etdiyini diqqətə çatdırır:

“Qeyri-neft sektorunun inkişafı, şəhərləşmənin sürətlənməsi, daşınmaz əmlak bazarına yönələn investisiyaların artması və müasir idarəetmə modellərinə keçid fonunda bu ixtisas yaxın illərdə Azərbaycanın ən perspektivli ixtisaslarından birinə çevriləcək. Yaşayış və biznes kompleksləri, investisiya fondları, banklar, sığorta, qiymətləndirmə və konsaltinq şirkətləri tərəfindən bu sahə üzrə peşəkar kadrlara ciddi tələbat yaranacaq. Gələcəkdə bazarda üstünlüyü yalnız daha çox aktivə sahib olanlar deyil, həmin aktivləri daha peşəkar və səmərəli idarə edənlər qazanacaqlar”.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daşınmaz əmlakın idarə olunması daşınmaz əmlak ixtisası ali təhsil ixtisasları Azərbaycanda yeni ixtisas əmlak idarəçiliyi daşınmaz əmlak bazarı Azərbaycan daşınmaz əmlak bazarı əmlak menecmenti əmlak idarəetməsi real estate management Azərbaycan Qiymətləndiricilər Palatası AQP Ayan Qəmbərova daşınmaz əmlak təhsili əmlak bazarında peşəkar kadrlar əmlak meneceri daşınmaz əmlak meneceri əmlakın peşəkar idarə olunması daşınmaz əmlak investisiyaları əmlakın bazar dəyəri əmlak qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti investisiya potensialı əmlak aktivləri daşınmaz əmlak aktivləri yaşayış kompleksləri biznes mərkəzləri logistika parkları sənaye parkları ticarət obyektləri
25.06.2026 16:33
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19