BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Çinin yeni enerji avtomobilləri sahəsində aparıcı brendlərindən biri olan BYD Azərbaycanda rəsmi fəaliyyətə başlayıb. Brendin təqdimat mərasimi Bakıda, Heydər Əliyev Mərkəzində keçirilib. Təqdimat BYD-nin Azərbaycanda rəsmi dilerləri "Group Motors" və "Sarda Auto" şirkətləri tərəfindən təşkil edilmişdi.
Marja.az xəbər verir ki, tədbirdə BYD nümayəndələri, yerli tərəfdaşlar, media nümayəndələri və avtomobil sektoru üzrə qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən BYD-nin Qafqaz üzrə ölkə menceri Morqan Yin bildirib ki, Azərbaycan enerji tarixi və “Odlar Yurdu” kimliyi ilə yeni enerji texnologiyalarının təqdimatı üçün xüsusi məna daşıyır. Onun sözlərinə görə, BYD ənənəvi enerji dövründən dayanıqlı və ağıllı mobillik mərhələsinə keçidi “oddan axına” konsepsiyası ilə simvolizə edir.
“Azərbaycanda od sadəcə irs deyil, həm də milli kimliyin bir hissəsidir. Bu gün isə biz ənənəvi enerjidən dayanıqlı yeni enerji həllərinə doğru mühüm keçidi qeyd edirik”, - deyə çıxışda vurğulanıb.
BYD nümayəndəsi qeyd edib ki, şirkətin inkişaf yolu avtomobil sənayesindən deyil, batareya texnologiyalarından başlayıb. 1995-ci ildə fəaliyyətə başlayan BYD uzun illər ərzində enerji texnologiyaları, batareya istehsalı və elektrik nəqliyyatı sahəsində geniş təcrübə toplayıb. Şirkətin strategiyasında enerji və mobillik vahid sistem kimi qəbul olunur.
Tədbirdə bildirilib ki, BYD üçün əsas prioritetlərdən biri texnologiyanın insanların gündəlik həyatına real fayda verməsidir. Şirkət elektrik avtobusları, yük avtomobilləri və yeni enerji avtomobilləri ilə müxtəlif ölkələrdə dayanıqlı nəqliyyat həlləri təqdim edir.
Mərasimdə çıxış edən BYD-nin Mərkəzi Asiya və Qafqaz üzrə Satışdan Sonrakı Xidmət Direktoru Çarli Çen isə Azərbaycanda satış və satış sonrası xidmət ekosisteminin qurulması barədə məlumat verib. Onun sözlərinə görə, müştəri etimadı yalnız avtomobilin texnologiyası və keyfiyyəti ilə deyil, həm də peşəkar servis və uzunmüddətli dəstək sistemi ilə formalaşır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
“Avtomobilin alınması müştəri səyahətinin yalnız başlanğıcıdır. BYD üçün əsas məqsəd müştərilərə avtomobil seçimi, satış, texniki xidmət, təmir və ehtiyat hissələri üzrə tam xidmət təcrübəsi təqdim etməkdir”, - deyə çıxışda bildirilib.
Qeyd olunub ki, Azərbaycanda BYD-nin rəsmi satış və xidmət şəbəkəsinin yaradılması istiqamətində işlər aparılıb. İlk rəsmi showroom BYD-nin qlobal standartlarına uyğun fəaliyyət göstərəcək və müştərilərə avtomobillərlə yaxından tanış olmaq, test yürüşü etmək və rəsmi alış imkanı yaradacaq.
Bununla yanaşı, daha bir flaqman satış və xidmət məkanının istifadəyə verilməsi planlaşdırılır. Bu məkanın müştərilər üçün müasir təcrübə mərkəzi kimi fəaliyyət göstərməsi, peşəkar məsləhət, texnoloji təqdimat və satış sonrası dəstək xidmətlərini bir araya gətirməsi nəzərdə tutulur.
BYD nümayəndəsi bildirib ki, şirkətin servis mütəxəssisləri xüsusi peşəkar təlimlərdən keçəcək və BYD tərəfindən sertifikatlaşdırılacaq. Bu isə müştərilər üçün etibarlı, operativ və keyfiyyətli xidmətin təmin edilməsinə imkan verəcək.
Tədbirdə BYD avtomobilləri üçün zəmanət şərtləri də açıqlanıb. Bildirilib ki, Azərbaycanda rəsmi satılan BYD avtomobillərinə 6 il və ya 100 min kilometr zəmanət təqdim olunacaq. Batareya, elektrik mühərriki və elektrik idarəetmə blokları üzrə isə zəmanət müddəti 8 il və ya 150 min kilometr təşkil edəcək.
Şirkət yaxın gələcəkdə Azərbaycanda müştəri xidməti sisteminin və regional ehtiyat hissələri anbarının yaradılmasını da planlaşdırır. Bu addım ehtiyat hissələrinin əlçatanlığını artırmalı və servis müddətini azaltmalıdır.
Yerli tərəfdaşların çıxışında isə bildirilib ki, BYD ilə əməkdaşlığın əsası hələ illər öncə qoyulub. Daha sonra "Group Motors" və "Sarda Auto" ilə BYD arasında əməkdaşlıq istiqamətində mühüm razılaşma əldə olunub. Hazırda bu tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur.
Tərəfdaş şirkətin nümayəndəsi qeyd edib ki, BYD-nin Azərbaycana gəlişi yalnız avtomobil satışı layihəsi kimi qiymətləndirilməməlidir. Əsas hədəf müştərilərə yüksək keyfiyyətli satış, servis və satış sonrası xidmət təqdim etməkdir.
“Bu bizim üçün sadəcə biznes əməkdaşlığı deyil. Bu, innovasiya, dayanıqlılıq, inkişaf və keyfiyyət dəyərlərini bölüşmək deməkdir”, - deyə çıxışda vurğulanıb.
Tədbirin sonunda BYD modelləri təqdim olunub, onların texniki göstəriciləri barədə məlumatlar verilib və qonaqlara modellər ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Beləliklə, BYD-nin Azərbaycanda rəsmi fəaliyyətə başlaması ölkənin avtomobil bazarında yeni enerji avtomobilləri seqmentinin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir. Şirkətin təqdim etdiyi geniş zəmanət, rəsmi servis yanaşması və ehtiyat hissələri üzrə planlaşdırılan infrastruktur BYD-nin bazara uzunmüddətli strategiya ilə daxil olduğunu göstərir.
BYD-nin Azərbaycan bazarına rəsmi şəkildə daxil olması elektrik və hibrid avtomobillərə marağın artdığı bir dövrdə rəqabəti gücləndirə bilər. Brendin əsas üstünlüyü təkcə model çeşidi və batareya texnologiyaları deyil, həm də servis və zəmanət infrastrukturu ilə bazarda etimad yaratmaq strategiyasıdır. Bu yanaşma, xüsusilə yeni enerji avtomobillərinə keçiddə müştərilərin əsas narahatlıqları olan batareya ömrü, ehtiyat hissələri, servis əlçatanlığı və uzunmüddətli istifadə xərcləri baxımından mühüm əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 23 saat sonra
-
- 12 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
15 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Ən çox oxunanlar
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















