KOS-un İnkişafı Agentliyi barədə ilk ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması barədə Fərman imzalayıb.
Bu barədə şərh verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Dr.Namiq Şalbuzov bildirib ki, KOS-un İnkişafı Agentliyi kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək, KOS subyektlərinə bir sıra xidmətlər göstərəcək, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək. Yeni yaradılan Agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərəcək.
N.Şalbuzov bildirib ki, bəzi KOS subyektləri qanunvericiliyin tələblərindən, biznes risklərindən, mövcud sektordakı vəziyyətdən xəbərsiz şəkildə fəaliyyətə başlayırlar ki, bu da bəzən onların uğursuzluqla üzləşmələrinə səbəb olurdu. KOS subyektlərinin məsləhət xidmətlərinə marağının az olmasının səbəblərindən biri onların bu barədə məlumatsızlığı, digəri isə biznes məsləhət xidmətlərinə çıxışın mürəkkəbliyidir.
Azərbaycanda hazırda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində KOS subyektlərinə müxtəlif xidmətlər (o cümlədən məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirlər. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, KOS subyektlərinə belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və beləliklə, inkişafına daha yaxşı imkan yaradır. Buna görə də KOS-un İnkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Yaradılan yeni Agentlik vasitəsilə KOS-lara eyni zamanda bir neçə istiqamətdə xidmətlərin göstərilməsi planlaşdırılır ki, bunun da nəticəsində idarəetmənin təkmilləşdirilməsi, paralelliyin aradan qaldırılması, KOS-ların fəaliyyətinin səmərəliliyinin artırılması gözlənilir.
Burada xüsusilə vurğulanmalıdır ki, Agentliyin fəaliyyətinin funksional baxımdan da effektiv olacağı gözlənilir. Belə ki, qabaqcıl dünya təcrübəsinə əsaslanması və ölkənin bütün regionlarını əhatə etməsi effektiv fəaliyyətin təmin ediləcəyini söyləməyə əsas verir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılacaq və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.
KOS-un İnkişafı Agentliyi biznes assosiasiyaları ilə birlikdə müvafiq sektorlardakı müəssisələrin problemlərinin mütəmadi təhlilini həyata keçirəcək, onları müvafiq qurumlarda səsləndirəcək və həlli yollarını axtaracaqlar. KOS-un İnkişafı Agentliyi müvafiq dövlət qurumları və təhsil müəssisələri ilə əməkdaşlıq quracaq və tətbiqi elmlərin inkişafına xüsusi diqqət yetirəcəkdir.
KOS Agentliyinin ÜDM-ə təsiri 2020-ci ildə 200 milyon manat olacaq. Strateji yol xəritələrinə görə 2020-ci ildə KOS-un ÜDM-də payı 15 faizə, məşğulluqda payı 20 faizə və qeyri-neft ixracındakı payı isə 10 faizə çatdırılmalıdır. N.Şalbuzovun sözlərinə görə KOS-un İnkişafı Agentliyi bu sahədə əsas rol oynayacaq.
N.Şalbuzovun sözlərinə görə, KOS agentlikləri Cənubi Koreya, Polşa, Türkiyə, Almaniya, Estoniya və bir sıra ölkələrdə uğurla fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan kompleks dönməz iqtisadi islahatların növbəti mühüm tədbiri qeyri-neft sektorunun inkişafında mühüm rol oyanayan KOS-ların inkişafı, fəaliyyətlərinin tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi üçün münbit şərait yaradır.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
23 d. əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 34 d. əvvəl
-
1 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
-
1 saat əvvəl
300-dən çox yerli şirkət bir məkanda: Bakıda böyük biznes sərgisi başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
2 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Ən çox oxunanlar
AZZA 125-ci mağazasını açıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb




















