PAŞA Bankın İdarə Heyətində yeni təyinatlar
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın 2018-2020-ci illər üzrə yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minmişdir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, təşkilati strukturun yenilənməsi ilə bağlı olaraq öncə PAŞA Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini vəzifəsini tutan Cavid Quliyev PAŞA Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı təyin edilmişdir.
Öncə İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışan Xəyalə Nağıyeva PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilmişdir.
Öncə Xəzinədarlıq departamentinin direktoru vəzifəsini tutan Bəhruz Nağıyev İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsinə təyin edilmişdir.
Öncə Azərbaycan Beynəlxalq Bankının Baş direktoru vəzifəsini tutan Cəlal Orucov PAŞA Bankın İdarə Heyətinin yeni üzvü və Baş əməliyyat inzibatçısı vəzifəsinə təyin edilmişdir.
Bankın Müşahidə şurasının tərkibində də dəyişikliklər baş vermişdir. Belə ki, PAŞA Holdinqin Biznesin inkişafı üzrə direktoru və İcraçı direktorunun müavini Şahin Məmmədov Müşahidə şurasının üzvü təyin edilmişdir.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə İdarə Heyətinin tərkibinin yenilənməsi ilk növbədə Bankın 2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində gələcək uğurlu inkişafını təmin etməyə yönəlmişdir.
"Növbəti 3 il ərzində PAŞA Bank diqqətini biznes fəaliyyətinin rəqəmsal komponentinə, o cümlədən müştərilərin rəqəmsal kanallar vasitəsilə xidmətlə təmin olunmasına və biznes proseslərin müvafiq transformasiyasına yönəldəcək. Əminəm ki, nəzərdə tutduğumuz planların həyata keçirilməsi təmin etdiyimiz müştəri xidmətlərinin operativliyinə və keyfiyyətinə və yerli bazarda bankın maliyyə mövqeyinin daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək", - deyə Taleh Kazımov öz fikrini yekunlaşdırmışdır.
PAŞA Bankın İdarə Heyətinin yeni tərkibi:
Taleh Kazımov, İdarə Heyətinin sədri və Baş icraçı direktor
Cavid Quliyev, İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı
Xəyalə Nağıyeva, İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı
Bəhruz Nağıyev, İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı
Cəlal Orucov, İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı
PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
45 d. əvvəl
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
2 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
Ən çox oxunanlar
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”























