Dünya OPEC-in qərarına fokuslanıb - BU GÜN AÇIQLANACAQ
Dünən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 175-ci toplantısında üzv ölkələrin yenidən gündəlik neft hasilatını azaltmaq qərarı verəcəyi gözlənilirdi. Lakin bu barədə mətbuata açıqlama verilmədi.
Axşam saatlarında "Reuters" agentliyinin yaydığı xəbərdə bildirilirdi ki, OPEC-ə üzv ölkələr Vyanada keçirilən iclasda hasilatın azaldılmasına dair prinsipcə razılığa gəliblər. Açıq qalan sual hasilatın hansı həcmdə azaldılması və əsas qeyri-OPEC ölkəsi Rusiyanın hasilatın azaldılmasında iştirakı ilə bağlıdır.
Həmçinin dünən axşam Avstriyanın paytaxtı Vyanada davam edən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 175-ci toplantısından sonra nəzərdə tutulan mətbuat açıqlamasının sabah (7 dekabrda) veriləcəyi bildirildi.
OPEC-in mətbuat xidmətindən verilən məlumata görə, son həftələrdə neft qiymətlərində baş verən ciddi azalmaya dair tədbirləri müzakirə etmək üçün bir araya gələn OPEC üzvü olan 15 ölkənin neft və energetika nazirlərinin danışıqlarını davam etdirdiyi, bu səbəbdən bu gün planlaşdırılan açıqlamanın sabaha saxlanıldığı bildirilib.
"Marja" xəbər verir ki, açıqlamada, OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin də qatılacağı bugünkü toplantıdan sonra, həm OPEC üzvü, həm də aralarında Rusiyanın da olduğu OPEC üzvü olmayan ölkələrin verəcəyi qərarın dünya ictimaiyyətinə açıqlanacağı qeyd edilib.
Gündəlik hasilatın 1 milyon barrel azaldılmasının kifayət edəcəyi qənaətində olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih dekabrın 7-də axşamadək qeyri-OPEC ölkələri ilə də razılaşma əldə ediləcəyinə ümidvar olduğunu bildirib. O həmçinin, "Sabah açıqlanacaq razılaşmaya güvənmirik" deyib.
Agentliyin məlumatında, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanı hasilatı gündəlik 250-300 min barrel aşağı salması ilə bağlı danışıqlar aparır.
Qərarın bu gün açıqlanması, 5-incisi keçirəcək OPEC və OPEC-ə üzv olmayan ölkələr görüşünün əhəmiyyətini artırıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının xam neft hasilatları rekord həddə çatıb. Qlobal neft bazarında təklifin artması nəticəsində qiymətlər aşağı düşür. 4 Oktyabrda 86 dollar olan Brent növü xam neftin barrel qiyməti, 33 faiz azalma ilə 29 Noyabrda 57,5 dollara geriləmişdi.
Hazırda (saat 08:10) Brent neftinin qiyməti 59,70 dollardır.
OPEC İqtisadi Komissiyası, ötən həftə dərc olunan hesabatda, neft qiymətlərində tarazlığın yenidən bərpa olunması üçün cəmi hasilatın gündəlik ən azı 1,3 milyon barrel səviyyəsində azaldılması lazım olduğu tövsiyə etmişdi.
OPEC və OPEC üzvü olmayan neft istehsalçıları, 2016-da neft hasilatının gündəlik 1,8 milyon barrel azaldılması barədə qərar qəbul etmişdilər. Ötən ilin may ayında isə bu qərardan imtina edilərək istehsal artımına gedilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
7 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
8 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
8 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
8 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
9 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
9 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
9 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır




























