"Bu, neft bazarları üçün bir qiyamət günü ssenarisi olar"
Dünyada dəniz yolu ilə daşınan neftin üçdə bir Hörmüz boğazından keçir.
"Marja" xəbər verir ki, "Brookings" İnstitutunun Xarici Siyasət, Enerji Təhlükəsizliyi və İqlim Təşəbbüsü mütəxəssisi Samantha Qross, "Hörmüz boğazının bağlanması dünya neft bazarları üçün bir qiyamət günü ssenarisi olar, amma bağlanması o qədər də mümkün deyil" deyib.
Qross verdiyi açıqlamada ABŞ-ın İrana tətbiq etdiyi neft sanksiyalarından azad edilmiş 8 ölkəyə yeni möhlət verilməyəcəyini açıqlamasının neft qiymətlərini artırdığını, ancaq bu artımın tədricən səngidiyini söyləyib.
Qlobal bazarda neft qiymətlərinin fərqli səbəblərə görə dəyişdiyini qeyd edən Qross, "Bu gün qiymətlər, Venesuela və Liviyada hasilatın azalması, İrandan həyata keçirilən idxala istisnanın ləğv edilməsi, səngiyən qlobal iqtisadi artım və bunun nəticəsində də yavaşlayan tələb narahatçılıqları arasında sıxılmış vəziyyətdədir",- bildirib.
Qross, qlobal bazarda İrandan neft tədarük etmək istəyən alıcıların bir şəkildə bu ticarəti davam etdirmək istəyəcəyinə işarə edərək, "Uzun perspektivdə neft bazarından İranın çıxmasına görə yaranacaq boşluq doldurulsa belə, ehtiyatlar (stoklar) aşağı olduğundan bazarın yeni bir kəsirə cavab verə bilməsi çətinləşəcək. Bu da neft qiymətlərində uzun perspektivdə yuxarı istiqamətli bir təzyiq yaradacaqdır. Tramp rəhbərliyinin dediyi kimi, İrandan neft ixracının sıfıra endirilməsi çox çətindir, amma İranın da ehtiyaca görə və istədiyi qədər neft ixrac edə biləcəyini də düşünmürəm. Çin kimi bəzi ölkələr, ABŞ sanksiyalarına məhəl qoymayaraq İrandan neft idxalına davam etməyə istəkli olacaq, amma İran neft ixracını hazırkı səviyyəsində davam etdirməyəcək".
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sanksiyalar qarşısında istehsalını artıracağı vurğulayan Qross, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranın yerini alaraq gəlir təmin etmək istəyəcəyini bildirib.
Qross, İranın Hörmüz boğazını bağlaması ehtimalına dair isə "Dünyada dəniz yoluyla daşınan neftin üçdə biri Hörmüz boğazı vasitəsilə ötürülür. Boğazın bağlanması neft bazarı üçün dağıdıcı bir təsir yaradar. Bu, dünya neft bazarları üçün bir qiyamət günü ssenarisi olar, amma bağlanması o qədər də mümkün deyil",- deyib.
"ABŞ İSTEHSALINI ARTIRMAĞA DAVAM EDƏCƏK"
Orta Şərq İnstitutunun iqtisadi eksperti Jan-Fransua Seznec də Səudiyyə Ərəbistanı, BƏƏ və Rusiyanın neft hasilatını artıracaqlarını bildirib.
ABŞ-ın da istehsalını artırmağa davam edəcəyini qeyd edən Seznec, "8 ölkə üçün azadolmanın ləğv ediləcəyinin açıqlanmasının ardından neft qiymətləri 70 dollar səviyyəsindədir. İranın gündəlik neft ixracının isə 700 min barrel təşkil edəcəyini təxmin edirəm",- deyib.
Seznec, İranın sanksiyalara riayət etməməsi halında ABŞ-ın daha aqressiv bir şəkildə ikinci sanksiyaları işə salacağını söyləyib. Bir çox iri və ortamiqyaslı alıcılar bu vəziyyətin fərqində olduğunu bildirən Seznec, belə davam edib:
"Bu idxalçılar İrandan imtina edərək Səudiyyə Ərəbistanı və Rusiyadan etibarlı tədarükü seçim edəcəklər. Səudiyyə Ərəbistanı, BƏƏ, Rusiya və ABŞ-dakı istehsalçılar 70-75 dollarlıq qiymətlə istehsala davam etməkdən məmnun olacaqlar. Hörmüz Boğazının bağlanması məsələsində isə bir yanlış anlaşılma olduğunu düşünürəm. İran Xarici İşlər Naziri Cavad Zərif, "neftimizi sata bilməsək boğazı bağlayarıq" demədi, "ABŞ-ın, Hörmüz Boğazını yalnız İrana bağlaması halında boğazı bağlayarıq" dedi. ABŞ təbii ki, belə bir şey etməyəcək".
ABŞ-IN İRAN SANKSİYALARI
ABŞ, İranla nüvə müqaviləsindən birtərəfli olaraq çıxmasının ardından İrana qarşı ilk sanksiya paketini 7 Avqust 2018-də, ikinci mərhələ sanksiya paketini isə 5 Noyabr 2018-də işə salmışdır. ABŞ, bu tarixdə 8 ölkəyə İrandan neft idxalı məsələsində 180 gün möhlət vermişdi. Ağ Evdən verilən açıqlamada isə bu ölkələrə yeni möhlətin verilməyəcəyi bildirilib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
İran İnqilab Mühafizəçiləri Ordusu Dəniz Qüvvələri Komandiri Əli Rza Tengsiri, "İranın Hörmüz Boğazından istifadə etməsi məhdudlaşdırılsa boğazı keçidlərə bağlayarıq", - açıqlamasını etmişdi.
Vaşinqton isə İranın Hörmüz boğazını bağlaması halında bölgədə neft ticarətini qorumaq üçün hərbi güc tətbiq etməyə hazır olduğunu açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 11 saat əvvəl
-
13 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
13 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
14 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
14 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
14 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
































