Orta, kiçik tibb və qeyri-tibb işçilərinin maaşları artırılır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.
Agentlikdən verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:
sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;
sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;
insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;
ixtisas dərəcəsinə görə əlavə;
fasiləsiz əmək stajına görə əlavə;
gecə vaxtı yerinə yetirilən işə görə əlavə;
əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;
işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.
Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq sabit əlavələr şəklində təyin olunur.
Əlavə olaraq, kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan orta və kiçik tibb işçilərinə sabit əlavələr də ödənilir.
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.
Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən orta və kiçik tibb heyəti işçilərinə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.
Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.
Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləğləri bilavasitə tibb müəssisəsinin fəaliyyətinin göstəricilərindən asılı olaraq müəyyənləşdirilir. Bu məqsədlə tibb müəssisələri müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir. Qiymətləndirmə meyarları 3 qrupda birləşir:
Xəstəxana strukturuna görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarlar üzrə toplanılan balların 2-yə nisbəti ilə müəyyən edilir);
Tibbi-statistik göstəricilərə görə - maksimal bal 40-dır (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir);
İnzibati idarəetmə fəaliyyətinə görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir).
Qiymətləndirmə nəticəsində tibb müəssisələri 3 qrupa (2-ci və 3-cü qruplar isə öz növbəsində iki kateqoriyaya – A və B kateqoriyasına) bölünürlər:
1-ci qrup – 30 bal daxil olmaqla 30 bal toplayan müəssisələr
2-ci qrup – 31-60 bal toplayan müəssisələr
A kateqoriya – 46-60 bal toplayan müəssisələr
B kateqoriya – 31-45 bal toplayan müəssisələr
3-cü qrup – 61 baldan yuxarı toplayan müəssisələr
A kateqoriya – 81 baldan çox toplayan müəssisələr
B kateqoriya - 61-80 bal toplayan müəssisələr
Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq həvəsləndirici əlavələr onların çalışdıqları tibb müəssisəsinin aid olduğu qrup və kateqoriyadan asılı olaraq tənzimlənir. Qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələrin məbləği ilə Qaydadantanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 4 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
1 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Ən çox oxunanlar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb

























