Metsamor yeni Çernobıldırmı?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhi
Ermənistanın köhnə Metsamor Atom Elektrik Stansiyası (AES) regional ekoloji təhlükəsizliyi təhlükə altına almaqda davam edir. Vyanadakı Avstriya Tətbiqi Ekologiya İnstitutundan Antonia Wenisch özünün “National Geographic” də dərc olunan məqaləsində Metsamoru “hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri kimi” göstərmişdir. Qısa desək, Metsamor hər an partlamağa hazır bombadır.
Stansiya 1980-ci ildə Türkiyə sərhədindən cəmi 10 mil (16 kilometr) aralıda Ermənistanın yüksək seysmik bir hissəsində inşa edilib və hazırda heç bir müasir təhlükəsizlik tələblərinə cavab vermir. Zəlzələ kimi təbii fəlakətlər, AES-ə çox möhkəm zərər yetirə bilər ki, bu da Cənubi Qafqazda və qonşu ölkələrdə yüksək radio-aktivliklə nəticələnə bilər. 7 dekabr 1988-ci ildə 6.8 bal gücündə olan və təxminən 25.000 insanın ölümü ilə nəticələnən dağıdıcı zəlzələ gələcək seysmik təhlükələr barədə real narahatlıq doğurur.
Digər tərəfdən, AES-in idarəetməsi və tullantıların idarə olunması barədə yetərli rəsmi məlumat yoxdur. Bu isə öz növbəsində regional ekoloji fəlakətlərin baş verməsinin mümkünlüyünə işarədir. Bəzi hesabatlara görə, Ermənistan radioaktiv tullantıları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ zonasında basdırır (Bu ərazi beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınır, lakin Ermənistanın nəzarətindədir). Həmin AES-dən yeraltı boru kəməri ilə Dağlıq Qarabağa radioaktiv tullantıların axıdılması barədə etibarlı məlumatlar da mövcuddur.
Belə vəziyyət Türkiyə üçün də ekoloji və ətraf mühitə təhlükə yaradır. Türk mütəxəssislərin son təhlilləri göstərir ki, AES-in radiasiya ilə çirklənən suları yeraltı sular ilə qarışmaqda davam edir ki, bu da İğdırda (Türkiyənin vilayəti) yaşayan əhalinin sağlamlığına ciddi zərər verir. Bu bölgədə əlil uşaqların və xərçəng xəstələrinin sayının artması halları müəyyən edilib.
Ümumdünya Atom Sənayesinin Vəziyyətinə dair Hesabatda (2020) göstərilir ki, AES-in hazırda aktiv bir reaktoru vasitəsilə hazırda ölkənin ümumi elektrik enerjisinin 27,8 faizini təmin edilir. İstehsal olunan elektrik enerjisinin yerdən qalan hissəsi hidro, günəş və külək mənbələrindən, eləcə də idxal olunan təbii qazdan əldə edilir.
2020-ci ilin mart ayında Avropa Komissiyasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı Siyasəti” sənədində enerji siyasəti və atom enerjisi ilə bağlı tövsiyələr təqdim olunub. Orada yanacaq təchizatının şaxələndirilməsinin, xüsusən də bərpa olunan enerji mənbələri hesabına aparılmasının zəruriliyi qeyd edilir. Ermənistanın kifayət qədər su ehtiyatlarına malik olduğunu nəzərə alsaq (Sevan gölü ümumi istehlakın təxminən 80%-ni ödəyir) enerji mənbəyi olaraq atom enerjisi asanlıqla su enerjisi ilə əvəz edilə bilər. Digər seçim isə Rusiya və İrandan idxal olunan qazın payının artırılması ola bilər.
Avropa Komissiyası, Türkiyə və ekologiya üzrə ixtisaslaşmış təşkilatlar AES-in bütün bölgə üçün mənfi təsirlərini və təhlükə ehtimalını nəzərə alaraq onun bağlanması istiqamətində Ermənistana ciddi təzyiq göstərirlər. Paris Sazişinin və ətraf mühitlə bağlı digər sənədlərin əsas prinsiplərində iqlim dəyişikliyi ilə mübarizə məqsədilə bütün texnologiyaların, xüsusilə də yaşıl texnologiyanın daha geniş şəkildə qəbul edilməsi tələbləri əks olunur.
Qlobal xəbərdarlıqlara və təsdiqlənmiş beynəlxalq sənədlərin tələblərinə baxmayaraq, Ermənistan hələ də öz öhdəliklərinə konstruktiv yanaşma nümayiş etdirməyərək bəşəriyyət və təbiət üçün təhlükə olmaqda davam edir. Ermənistanın yerli mətbuatı bildirib ki, 2019-cu il iyun ayının əvvəllərində AES təmir və yeniləmə işləri ilə əlaqədar 110 günlüyə və 2020-ci ilin 1 iyul tarixindən 3 sentyabr tarixinə qədər isə profilaktik tədbirlərin görülməsi məqsədilə daha 65 gün müddətinə fəaliyyətini dayandırıb. Təmir kimi təqdim olunan bu cür yalançı təşəbbüslər ilə Ermənistan stansiyanın səbəb ola biləcəyi potensial fəlakətin ağırlığını ört-basdır etməyə çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 4 saat əvvəl
-
7 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
7 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
7 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
7 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
7 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
7 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"

























