970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Rolls-Royce daha çox zərərə düşüb

Şirkət ötən ili 5.6 milyard dollar itki ilə başa vurub
AzVak-mobil_resmin_ustu_31
Rolls-Royce daha çox  zərərə düşüb

Şirkət pandemiya səbəbindən gözlənildiyindən dəfələrlə artıq zərərə məruz qalıb.

Marja xəbər verir ki, dünyanın ikinci böyük təyyarə mühərrikləri istehsalçısı və müdafiə sənayesi məhsullarının qlobal təchizatçısı 2020-ci ildə koronavirus pandemiyasından ən çox ziyan çəkən böyük şirkətlər arasındadır. Bütün dünyada qlobal miqyasda uçuşların dayanması və aviaşirkətlərin öz fəaliyyətini demək olar ki, dondurması səbəbindən Rolls-Royce proqnozlaşdırılan 3.1 milyard funt-sterlinqlə müqayisədə daha çox - 4 milyard funt (5.6 milyard dollar) zərərə düşüb.

Səhmləri London Birjasında listinqə çıxarılan Rolls-Royce FTSE 100 indeksinin də əsas üzvlərindən biridir. 2019-cu ilin avqustunda Londondakı səhm sövdələşmələrinin yekununda şirkət 4.66 milyard funt-sterlinq kapitallaşma əldə edərək, dünyanın 85-ci ən dəyərli kompaniyası mövqeyini qazanmışdır.

Rolls-Royce iri təyyarə istehsalçılarına, o cümlədən Boeing və Airbusa satdığı Trent markalı mühərriklərin qiymətini təyyarələrin hər uçduğu saata və mühərrikin işləmə müddətinə görə müəyyənləşdirir. Bu səbəbdən, bütün dünyada səyahətlərin dayandığı 2020-ci ildə şirkət gəlir imkanından məhrum olub. Düşdüyü çətin maliyyə vəziyyətindən çıxmaq üçün şirkət ümumilikdə 7 milyard funt-sterlinq həcmində borc və səhm kapitalı cəlb etməyə məcbur olub.

Bu həftə qlobal birjalarda səhmləri 2,6% artımla 1.16 funt-sterlinqə təklif olunan Rolls-Royce İspaniyada yerləşən əsas biznes bölmələrindən birini – ITP Aeronu satmaqla ən azı 2 milyard funt əldə etmək və itkilərinin bir hissəsini sığortalamaq niyyətindədir. Şirkət həmçinin bu il qlobal miqysada turizm sektorunun canlanacağına və ötən ildən daha çox gəlir qazanacağına ümid edir.

Məlumat üçün: 1 dollar  = 0,72 funt-sterlinq

11.03.2021 13:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19