ABŞ texnologiya nəhənglərindən fantastik artım
Google 55 milyard, Microsoft isə 42 milyard dollar qazanıb. Axtarış sistemləri, reklam biznesi, Youtube və bulud texnologiyaları ən çox gəlir gətirən sahələrdir.ABŞ-ın və dünyanın ən iri texnologiya şirkətlərindən ikisi – Google və Microsoft ötən gün 2021-ci ilin birinci rübünə dair nəticələri təqdim ediblər.
Marja xəbər verir ki, hər iki korporasiya hesabat dövrünü uğurlu nəticələrlə başa vuraraq, ötən ilki itkilərin bir hissəsini də kompensasiya etməyi bacarıb.
Google-un ana şirkəti Alphabet Inc. rəsmi açıqlamasında cari ilin ilk 3 ayında 55,3 milyard dollar gəlir əldə etdiyini bildirib. Bu rəqəm ötən ilki göstərici (41,16 milyard dollar) ilə müqayisədə 34% çoxdur və analitiklərin proqnozlaşdırdığı 51,6 milyard dolları da keçib. Xalis mənfəət isə rekord həcmdə - 162% artaraq, 17,9 milyard dollara çatıb. Ekspertlər bu rəqəmin 10,5 milyard dollar olacağını gözləyirdilər.
Gəlirlərdə ən böyük hissə 31,9 milyard dollarla (30% artım) axtarış sistemlərinin payına düşür. Digər bölmələrdən videoyayım xidməti YouTube reklamları hesabına 6 milyard dollar (49% artım), qeyri-axtarış biznesi, o cümlədən Android əməliyyat sistemi xidmətləri, Pixel telefonları və smart spikerlər 6,5 milyard dollar (46% artım), Amazon və Microsoftdan sonra dünyanın üçüncü ən böyük distant bulud (cloud) sistemi olan Google Cloud 6 milyard dollar (45,6% artım) gəlir gətirib. Bu bölmə hələ də itki ilə işləsə belə, ötən ilki 1,73 milyard dollarlıq zərəri 974 milyon dollara qədər azalda bilib.
Asiyada gəlirlər 44%, ABŞ-da 33%, Avropa, Orta Şərq və Afrikada 25% artıb. Şirkətin sərbəst pul vəsaitləri 135 milyard dollara yüksəlib, açıq abunə üsullu səhmləri geri almaq üçün 50 milyard dollar xərcləməyi, cari ildə ABŞ-dakı ofis və data mərkəzlərinə 7 milyard dollar investisiya yatırmağı və ən azı 10 min yeni iş yerinin açılmasını planlaşdırır.
ABŞ-ın daha bir qlobal texnoloji gücü – Microsoft isə rüb ərzində gəlirlərini 19% artıraraq, 41,7 milyard dollara çatdırıb (proqnozlar 41,03 milyard dollar idi). Əməliyyat mənfəəti 17 milyard dollar (31% artım), xalis mənfəəti 15,5 milyard dollar (44% artım) təşkil edib. Xüsusən fərdi kompüterlərin satışı hesabına bu, 2018-ci ildən bəri ən böyük rüblük artımdır.
Məhsuldarlıq və biznes prosesləri xidmətlərində (Office paketi, Office365 lisenziyaları, LinkedIn və Dynamics) gəlir 15% artaraq, 13,6 milyard dollar, müxtəlif bulud sistemlərini özündə cəmləşdirən Intelligent Cloud-un gəliri 15,1 milyard dollar (23% artım), fərdi kompüterlər üçün əməliyyat sistemlərində (Windows OEM, Windows Commercial, Xbox və s.) qazanc 13 milyard dollar (19% artım) təşkil edib. Microsoft cari rübdə səhmdarlara səhmlərin təkrar satın alınması və dividend mexanizmləri vasitəsilə 10 milyard dollar ödəyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
11 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 7 saat sonra
-
-
6 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
6 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
6 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
7 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
7 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
























