Avropada qazın qiyməti günün sonunda 950 dolları ötdü
Avropada qazın qiyməti çərşənbə günü ticarətin bağlanışında 1000 kubmetr üçün 950 dollardan yuxarı səviyyədə müəyyən edilib. Bu barədə Marja ICE birjasının məlumatlarına istinadən xəbər verir.
Dekabr fyuçerslərinin qiyməti günün sonuna kimi 1000 kubmetr üçün təxminən 952,5 dollara yüksəlib (və ya MVt/saat üçün 79,41 avro). Gün ərzində ümumi qiymət artımı 17,5% təşkil edib.
Bu payızda Avropa qaz sənayesində böhran, qaz anbarlarının aşağı doluluğu fonunda qazın qiymətinin sürətlə artmağa başlayandan və min kubmetr üçün təxminən 2000 dollara çatdıqdan sonra kəskinləşib. Müşahidəçilərin fikrincə, böhrana səbəb kompleks amillər olub. Onlardan biri Asiya bazarında kotirovkaların artmasına, eləcə də tədarükün Avropa istiqamətindən xaricə çıxmasına səbəb olan Asiyada qaza tələbatın kəskin artmasıdır. Avropada külək istehsalının payının azalması vəziyyəti daha da ağırlaşdırıb. Lakin qaz bazarında yüksək volatilliyin əsas səbəbi qaz anbarlarının aşağı doluluq göstəricisi olub. Oktyabrın ortalarına olan məlumata görə, Avropanın yeraltı qaz anbarları 71% doludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























