Çinin məşhur restoranlar şəbəkəsi 300 restoranını bağlayır
Böyük və məşhur Çin restoran şəbəkələrindən biri olan Haidilao, biznesin yenidən təşkili çərçivəsində 300 restoranını müvəqqəti olaraq bağlamaq qərarına gəlib.
Marja xəbər verir ki, bu barədə şənbə günü şirkətin direktorlar şurası qərar qəbul edib.
Söhbət fəaliyyət göstəriciləri zəif olan restoranlardan gedir. Onların fəaliyyəti bu ilin sonuna kimi dayandırılacaq və iki il ərzində “uyğun zamanda” bərpa olunacaq.
Eyni zamanda, şirkət işçilərini işdən çıxarmayacağını, şəbəkə daxilində yenidən bölüşdürəcəyini vəd edib.
Şirkət hansı yerlərdə restoranların bağlanmasının nəzərdə tutulduğunu açıqlamır.
1994-cü ildə, traktor zavodunda qaynaqçı işləmiş Zhang Yong tərəfindən qurulan "Haidilao International Holding Ltd" hazırda Çinin demək olar ki, bütün əyalətlərində, eləcə də Sinqapur, Yaponiya, ABŞ, Böyük Britaniya, Malayziya, Vyetnam, Avstraliya və İndoneziyada 1600-ə yaxın filiala malikdi.
Haidilao ənənəvi Çin samovarı "hoqo" ("yanan qazan") ilə yemək hazırlamaqda ixtisaslaşıb. Bu, müştərinin özünə masa arxasında aşpaz rolunu oynamağa və prosesdən həzz almağa imkan verir.
Zhang Yong, Haidilao restoranlar şəbəkəsinin qurucusu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib






























