Alphabet, 2 trilyon dollarlıq "elitalar" klubuna daxil oldu
Google-ın sahibi Alphabet şirkətinin bazar dəyəri 2 trilyon dolları aşaraq Apple və Microsoft-un da olduğu "elitalar" klubuna daxil olub. Üçüncü rüb maliyyə nəticələrinə görə, Alphabet-in xalis mənfəəti 68,4% artım qeyd edib.Google-ın sahibi olan Alphabet şirkəti, "elitarlar" klubu olaraq bilinən və bazar dəyəri 2 trilyon dolları keçən şirkətlərin arasına qatılıb.
Marja xəbər verir ki, Alphabet-in bazar dəyərinin 2 trilyon dolları keçməsilə şirkət Apple və Microsoftun olduğu 2 trilyon dollar klubunda yerini alıb. Bu texnologiya şirkətləri ilə bərabər Səudiyyə Ərəbistanının Aramco şirkətinin də dəyəri də 2 trilyon dolları aşır.
Alphabet-in 2021-ci ilin üçüncü rübündə əldə etdiyi gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 65,1 milyard dollara yüksəlib. Şirkət, 2020-ci ilin eyni dövründə 46,2 milyard dollar gəlir açıqlamışdı. Axtarış nəhənginin ana şirkəti, 14 ilin ən yüksək rüblük gəlir artımına nail olub.
Alphabet-in xalis mənfəəti də üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 68,4% artımla 18,9 milyard dollara yüksəlib. Alphabet, keçən ilin üçüncü rübündə11,2 milyard dollar xalis mənfəət əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























