Fransanın parfümeriya və kosmetika şəbəkəsi Rusiyada mağazalarının işini dayandırır
Fransanın Sephora (Sephora) parfümeriya və kosmetika şəbəkəsi Rusiya Federasiyasındakı mağazalarının işini dayandırır.
Marja xəbər verir ki. LVMH şirkətlər qrupuna (Louis Vuitton Moet Hennessy, Louis Vuitton - Moet - Hennessy) məxsus olan şəbəkə bu barədə bazar günü İnstaqram səhifəsində məlumat verib.
“Mövcud mühitlə, eləcə də biznesin aparılmasının mürəkkəbliyi ilə bağlı artan narahatlığımızı nəzərə alaraq, biz Rusiyadakı fəaliyyətimizi növbəti bildirişə qədər dayandırırıq”, - məlumatda deyilir.
Bütün şəbəkə smağazaları eləcə də Sephora məhsulları ilə bağlı bütün e-ticarət yaxın 24 saat ərzində bağlanacaq.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. O, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalının daxil olmadığını vurğulayıb. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Artıq Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar bir sıra iri xarici şirkətlər Rusiyadakı fəaliyyətini dayandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























