BVF dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını pisləşdirdi
BVF 2022-ci ildə qlobal ÜDM artımı proqnozunu 3,6%-ə endirib. Fondun fikrincə, gözlənilən "2022-ci ildə qlobal artımın ləngiməsi" əsasən Ukrayna ətrafındakı vəziyyətlə bağlıdır.Beynəlxalq Valyuta Fondu (BVF) bu il qlobal ümumi daxili məhsulun (ÜDM) 3,6% artacağını gözləyir.
Marja xəbər verir ki, bu barədə BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı çərşənbə axşamı dərc etdiyi hesabatında deyilir.
Fond 2022-ci ildə qlobal ÜDM-in artımı ilə bağlı proqnozunu yanvar ayı təxminləri ilə müqayisədə 0,8 faiz bəndi pisləşdirib.
Fond 2023-cü ildən sonra qlobal ÜDM artımının ortamüddətli perspektivdə 3,3%-ə qədər yavaşlayacağını gözləyir. BVF analitiklərinin hesablamalarına görə, ötən il dünya iqtisadiyyatı 6,1% artıb.
BVF inkişaf etmiş iqtisadiyyatlarda 2022-ci ildə ÜDM artımının 3,3% (yanvar proqnozları ilə müqayisədə 0,6 faiz bəndi pisləşmə), 2023-cü ildə isə 2,4% (0,2 faiz bəndi pisləşmə) olacağını gözləyir. İnkişaf etməkdə olan ölkələrdə ÜDM artımının 2022-ci ildə 3,8% (1 bənd daha pis) və 2023-cü ildə 4,4% (0,3 bənd daha pis) olacağı gözlənilir.
Bundan əlavə, BVF-nin fikrincə, “inflyasiya fondun əvvəlki proqnozlarında gözlənildiyindən daha uzun müddət yüksək səviyyədə qalacaq”. Belə ki, inkişaf etmiş iqtisadiyyatlarda, cari proqnoza görə, bu il 5,7% (yanvar proqnozundan 1,8 faiz bəndi çox) və gələn il 2,5% (yanvar proqnozundan 0,4 faiz bəndi çox), inkişaf etməkdə olan ölkələrdə isə 2022-ci ildə 8,7% (yanvar proqnozundan 2,8 faiz bəndi çox) və 2023-cü ildə 6,5% (1,8 faiz bəndi çox) təşkil edəcək.
Avrozonada vəziyyət
BVF Avrozona iqtisadiyyatı üçün artım proqnozunu 2022-ci il üzrə 2,8%-ə, 2023-cü il üzrə isə 2,3%-ə endirib.
BVF-nin hesablamalarına görə, bu il Avrozonanın ÜDM-i 2,8% artacaq, halbuki yanvar ayı proqnozunda bu rəqəm 3,9% idi. 2023-cü ildə Avrozonada ÜDM-in artım tempinin 0,2 faiz azalaraq 2,3% olacağı gözlənilir. Fondun məlumatına görə, 2021-ci ildə Avrozonada ÜDM artımı 5,3% təşkil edib.
Fondun mütəxəssisləri qeyd edirlər ki, proqnozun azalması digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişə və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nəticəsidir. Onların fikrincə, Avrozona iqtisadiyyatına “əsas təsir kanalı” Rusiya Federasiyasının xüsusi əməliyyatı və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ilə “enerji qiymətlərinin artması və enerji təhlükəsizliyi sahəsində vəziyyət”dir.
“Onlar [Avrozona ölkələri] xalis enerji idxalçıları olduqlarına görə, yüksək dünya qiymətləri əksər Avropa ölkələri üçün mənfi ticarət şokudur ki, bu da istehsalın azalmasına və inflyasiyanın artmasına gətirib çıxarır. Təchizat zəncirindəki pozulmalar avtomobil sənayesi də daxil olmaqla bəzi sənaye sahələrinə də ziyan vurub”, - BVF bildirib.
Fond ABŞ ÜDM-nin 2022-ci ildə 3,7% artacağını, 2023-cü ildə isə artım templərinin 2,3% olacağını gözləyir. Fond ABŞ-ın ÜDM-nin artımı ilə bağlı proqnozunu yanvar ayı təxminləri ilə müqayisədə 0,3 faiz bəndi pisləşdirib. Ötən il BVF analitiklərinin hesablamalarına görə, ABŞ iqtisadiyyatı 5,7% artıb.
BVF Çinin 2022-ci ildə ÜDM artımı ilə bağlı proqnozunu 4,4%-ə endirib. Çinin ÜDM-in artım tempi 2022-ci ildə 4,4% (yanvar proqnozları ilə müqayisədə 0,4 faiz bəndi pis) və 2023-cü ildə 5,1% (0,1 bənd pisləşmə) olcağı ehtimal edilir. Fondun məlumatına görə, 2021-ci ildə Çinin ÜDM-i, 8,1% artıb.
Sənəddə "Çinin yavaşlayan artımın Asiya və əmtəə ixracatçıları üçün daha geniş təsirləri var ", -deyilir.
Yanvar ayında BVF Çinin ÜDM-in artım tempinin 2022-ci ildə 4,8%, 2023-cü ildə isə 5,2% olacağını proqnozlaşdırmışdı.
Səbəblər
BVF-nin fikrincə, 2022-ci ildə gözlənilən qlobal iqtisadi artımın ləngiməsi əsasən Ukrayna ətrafındakı vəziyyətlə bağlıdır. Ukraynada davam edən müharibə və Rusiyaya tətbiq edilən sanksiyaların bu iki ölkəyə birbaşa təsirləri, eləcə də qlobal miqyasda yayılma təsirləri vasitəsilə 2022-ci ildə qlobal iqtisadi artımı zəiflədəcəyi gözlənilir. Onlar hesab edirlər ki, Ukraynadakı hadisələr “tez və sülh yolu ilə həll olunmasa, aşılmaz ola biləcək, bahalı humanitar böhrana səbəb olacaqdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 44 d. əvvəl
- 50 d. əvvəl
-
10 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 10 saat əvvəl
-
12 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
12 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
12 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
13 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
13 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
































