Tbilisidə kirayə mənzil qiymətləri 2 dəfədən çox bahalaşıb
Gürcüstanın paytaxtı Tbilisidə kirayə mənzil qiymətləri iki dəfədən çox bahalaşıb.
Bu barədə “TBC Capital”ın aylıq təhlillərində bildirilib. Qeyd olunub ki, cari ilin fevralında paytaxt şəhərində mənzil qiymətləri ötən ilin fevralı ilə müqayisədə 2,25 dəfə bahalaşaraq orta hesabla hər kvadratmetr üçün 13,1 dollar təşkil edib.
Fevralda mənzillərin satış qiyməti isə illik müqayisədə 30% bahalaşaraq hər kvadratmetr üçün orta hesabla 1136 dollara bərabər olub.
Ötən ay Tbilisidə ümumilikdə 3 383 mənzil satılıb ki, bu da yanvar ayı ilə müqayisədə 19%, illik müqayisədə isə 12% çoxdur. Satılan mənzillərin 72%-nin sahəsinin 75 kvadratmetrdən az olduğu bildirilib.
Tbilisidə ən bahalı mənzillər şəhərin Vake və Mtatsminda rayonlarında, kvadratmetri orta hesabla 1800 dollara satılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
10 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 12 d. əvvəl
-
-
17 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
22 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb






























