970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb

Bu vəsait tam şəkildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) maliyyələşdirilməsinə yönəldiləcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Unibank Avropanın Cənub-Şərqi Fondundan (EFSE) 10 milyon avro məbləğində kredit xəttinin cəlb olunması ilə bağlı iki illik saziş imzalayıb.

Marja.az Unibank-a istinadən xəbər verir ki, beynəlxalq aktiv idarəetmə şirkəti Finance in Motion tərəfindən birgə idarə olunan bu vəsait tam şəkildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) maliyyələşdirilməsinə yönəldiləcək.

Unibankın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: "Bu addım bizim üçün sadəcə maliyyə əməliyyatı deyil, strateji inkişaf istiqamətidir. Finance in Motion ilə əməkdaşlıq Unibank”a dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyət göstərən bizneslərə dəstəyini daha da gücləndirməyə imkan verəcək. Vəsaitlərin yalnız təhlükəsiz və sosial təsiri olan təşəbbüslərə yönəldilməsi ilə iqtisadiyyatımızın sabit və sağlam gələcəyinə məqsədyönlü şəkildə investisiya yatırırıq."

Finance in Motion şirkətinin Regional Direktoru Oxana Binzaru isə qeyd edib: "EFSE vasitəsilə məqsədimiz Unibank kimi yerli maliyyə institutlarının məsuliyyətli KOB maliyyələşdirilməsini genişləndirməsinə dəstək olmaq, dayanıqlı iqtisadi inkişafı və real sosial təsiri təşviq etməkdir."

EFSE haqqında

Avropanın Cənub-Şərqi Fondu (EFSE) Cənub-Şərqi Avropa və Qafqaz regionunda iqtisadi inkişafı və rifahı təşviq edən təsir investisiyası fondudur. Fond Regional Alt Fond (RSF) və Ukrayna Alt Fondu (USF) vasitəsilə sahibkarlığın inkişafını, maliyyə inklüzivliyinin gücləndirilməsini və yerli iqtisadiyyatların dəstəklənməsini hədəfləyən maliyyə həlləri təqdim edir.

EFSE 2005-ci ildə Almaniyanın KfW İnkişaf Bankının təşəbbüsü ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi əsasında yaradılıb. Bu sahədə ilk dövlət-özəl tərəfdaşlıq modellərindən biri olan fond donor təşkilatların, beynəlxalq maliyyə institutlarının və özəl institusional investorların kapitalı hesabına formalaşır. EFSE-nin portfel idarəçisi Almaniyanın Finance in Motion GmbH şirkəti, fond meneceri isə Lüksemburqda yerləşən Hauck & Aufhäuser Fund Services S.A.-dır. Ətraflı məlumat üçün: www.efse.lu

Finance in Motion haqqında

Finance in Motion hazırda ümumi həcmi təxminən 4 milyard avro olan və SFDR-in 9-cu maddəsinə uyğun təsnif edilən 10 investisiya fondunu strukturlaşdırır, idarə edir və onlara məsləhət xidmətləri göstərir. Şirkətin fondları regional maliyyə institutları, birbaşa investisiyalar, məsləhət və potensialın artırılması proqramları vasitəsilə həm insanlar, həm də ətraf mühit üçün müsbət təsir yaratmağa yönəlib.

Almaniyada təsis olunan Finance in Motion Latın Amerikasından Şərqi Avropayadək uzanan geniş yerli ekspertiza şəbəkəsinə malikdir və artıq 20 ildən çoxdur ki, inkişaf etməkdə olan bazarlara investisiya yatırır. Ətraflı məlumat üçün: www.finance-in-motion.com

Unibank haqqında

Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə təsis edilən bank, geniş filial şəbəkəsi və davamlı inkişaf edən rəqəmsal bankçılıq platforması vasitəsilə pərakəndə müştərilərə, biznes subyektlərinə xidmət göstərir. Unibank son illərdə dayanıqlı maliyyələşdirmə sahəsində rolunu gücləndirməyə xüsusi diqqət ayırır və ölkədə yaşıl maliyyələşdirmə üzrə strukturlaşdırılmış həllərin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib.

İş elanları AzVak.az-da

24.06.2026 12:09
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19