Sony, rekord PlayStation 5 satışları sayəsində rekord mənfəət açıqladı
Sony, çiplər və rekord sayda PlayStation 5 satışları sayəsində ötən maliyyə ilində rekord məbləğdə - 1,21 trilyon yen əməliyyat mənfəəti əldə edib.Yaponiya nəhəngi Sony, çiplərin və PlayStation 5 oyun konsolunun satışı sayəsində rekord illik əməliyyat mənfəəti əldə edib.
Marja xəbər verir ki, Şirkət, 2,92 trilyon yen proqnoza qarşı mart ayında bitən rübdə 3,06 trilyon yen (22,7 milyard dollar) gəlir əldə etdiyini açıqlayıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artımdan xəbər verir. Digər tərəfdən, əməliyyat mənfəəti gözlənilən 124,34 milyard yen ilə müqayisədə 128,5 milyard yen təşkil edib.
Sony daha əvvəl martda başa çatan maliyyə ili üçün əməliyyat mənfəətini 1,18 trilyon yen və gəlirini 11,5 trilyon yen səviyyəsində təxmin etmişdi. Şirkət ötən maliyyə ilində 1,21 trilyon yen əməliyyat mənfəəti əldə edib, bu da yeni rekorddur.
PlayStation 5 satışları rekord qırıb
Sony-nin yaydığı məlumata görə maliyyə ilində 19,1 milyon ədəd PlayStation 5 konsolu satılıb. Şirkətin öz proqnozu 18 milyon ədəd satış olacağını nəzərdə tuturdu. Bu rəqəm, Sony-nin tədarük zənciri problemləri ilə üzləşdiyi əvvəlki maliyyə ilində satılan 11,5 milyon PS5-dən yüksək idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 18 d. əvvəl
-
22 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Ən çox oxunanlar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb




























