ABŞ-dakı böhranda adı çəkilən bankın səhmləri 40%-dən çox ucuzlaşdı
ABŞ-da bank böhranında adı çəkilən banklardan biri olan F"irst Republic"in səhmlərinin qiyməti 40 faizdən çox ucuzlaşıb.ABŞ-da "First Republic Bank"ın səhmləri, bankın birinci rübün balans hesabatını bazar ertəsi günü açıqlanmasından sonra, bankı ayaqda saxlaya biləcək yardımlara ümidlərin azalması səbəbindən kəskin şəkildə düşüb.
Marja xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) banka qəyyum təyin edə biləcəyi xəbərindən sonra bankın səhmləri 43,3% faiz də ucuzlaşıb. Son 1 ildə isə Bankın səhmləri 97% dəyər itirib.
Bankda depozitlər 40 faizdən çox azalıb
Ötən ay ABŞ-da "Silicon Valley Bank" (SVB) və "Signature Bank"ın iflasından sonra "First Republic Bank"da da maliyyə çətinlikləri yaşanır.
Martın ortalarında "Bank of America", "Citigroup", "JPMorgan Chase" və "Wells Fargo" da daxil olmaqla 11 böyük bank "First Republic Bank"a inamı bərpa etmək üçün (depozitlərin çıxışının qarşısını almaq üçün) cəmi 30 milyard dollar depozit köçürəcəklərini açıqlamışdılar.
"First Republic Bank"nın ilin birinci rübü üzrə balans hesabatı, ABŞ-ın iri banklarından 30 milyard dollar cəlb etməsinə baxmayaraq, bankın əmanətlərinin mart ayının sonunda keçən ilin sonu ilə müqayisədə 40,8 faiz azaldığını ortaya qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 19 d. əvvəl
-
23 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Ən çox oxunanlar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb






























