Azərbaycanda da törəmə bankı olan Türkiyə bankının mənfəəti gözləntiləri üstələyib
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin sahibi olan Türkiyə bankı "Yapı Kredi", 2023-cü ilin ilk rübündə bazarın 11,25 milyard TL (türk lirəsi) proqnozunun üzərində olmaqla 12,64 milyard TL xalis mənfəət əldə edib.
Marja xəbər verir ki, Bankın xalis mənfəəti əvvəlki rübdə 17,4 milyard TL, ötən ilin eyni rübündə 7,3 milyard TL idi. Belə ki, bankın xalis mənfəəti rüblük olaraq 27 faiz azalıb, illik müqayisədə isə 74 faiz artıb. Bank bütün 2022-ci ildə 52,7 milyard TL xalis mənfəət əldə edib.
Son rübdə TL ilə kredit artımı 9%, TL əmanət artımı 26% olub.
Bankın problemli kredit əmsalı 3,4 faizdən 3,2 faizə düşüb.
Xəbər verdiyimiz kimi, Türkiyənin "Yapı Kredi" bankının Azərbaycanda törəməsi olan "Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin 1-ci rübünü 2 milyon 161 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 400 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci ilin ilk rübü ilə müqayisədə 2023-cü ilin ilk rübündə "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 5,4 dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 21 d. əvvəl
-
25 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Ən çox oxunanlar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb



























