Pambıqçı şirkət “Daşkənd Beynəlxalq İnvestisiya Forumunda” iştirak edib
“MKT İK” MMC Özbəkistanın “Global Textile” şirkəti ilə qarşılıqlı investisiya sahəsində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.(®) Özbəkistanın paytaxtı Daşkənd şəhərində, Daşkənd Beynəlxalq İnvestisiya Forumu (“TIIF-2023”) keçirilib.
Daşkənd Beynəlxalq İnvestisiya Forumu Mərkəzi Asiya regionu üçün irimiqyaslı dialoq platformasıdır, beynəlxalq investisiya və biznes təşkilatlarına Özbəkistanın investisiya potensialı ilə tanış olmalarına imkan verir.
Forumun məqsədi Özbəkistanın dinamik şəkildə inkişaf edən bazarına, inteqrasiyada maraqlı olan böyük xarici investisiya, maliyyə-iqtisadi təşkilatlarını və şirkətləri cəlb etməkdir.
Forumda “MKT İK” MMC-nin nümayəndələri də iştirak ediblər. Keçirilən görüşlər arasından Özbəkistanın “Global Textile” şirkəti ilə görşü xüsusi vurğulamaq lazımdır. Görüşdə əsas mövzu ölkəmizdə investisiya sahəsində mümkün əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Qeyd edək ki, “MKT İK” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda, əsasən pambıqçılıq sahəsində 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
17 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 41 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Rəsmi məzənnələr açıqlandı
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Ən çox oxunanlar
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib























