Azərbaycan daha çox qaz ixrac edib, amma 489 milyon dollar az qazanıb
Qaz ixracında paradoks: həcm artıb, gəlir azalıb2026-cı ilin yanvar-may aylarında Azərbaycanın təbii qaz ixracının dəyəri 3 milyard 343 milyon 175,5 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 3 milyard 833 milyon 13 min dollar idi. Dəyər ifadəsində azalma 489 milyon 837,5 min dollar və ya 12,8% olub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.
Miqdar ifadəsində isə artım qeydə alınıb. 2025-ci ilin ilk 5 ayında 10 milyard 270 milyon 805,9 min kubmetr qaz ixrac edilmişdisə, 2026-cı ildə bu göstərici 10 milyard 381 milyon 55 min kubmetrə yüksəlib. Miqdar 110 milyon 249,1 min kubmetr və ya 1,1% artıb.
Təbii qaz ixracında əsas problem həcm deyil, dəyərdir. Miqdar artsa da, dəyərin azalması orta satış qiymətinin və ya ixrac müqavilələri üzrə gəlirliliyin aşağı düşdüyünü göstərir. Bu, enerji bazarlarında qiymət dəyişikliklərinin ixrac gəlirlərinə birbaşa təsirini ortaya qoyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 15 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 36 d. əvvəl
- 46 d. əvvəl
-
53 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
59 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib


























