"Sərnişin və yük daşımaları üçün icazələr 7 il müddətinə veriləcək"
Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyənlər yalnız müvafiq icazələr əsasında fəaliyyət göstərə biləcəklər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda bildirilir ki, Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 1 oktyabr tarixindən müvafiq icazələr əsasında fəaliyyət göstərəcəklər. İcazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilir və qüvvədə olma müddəti 7 ildir. Məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunmasıdır.
Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində sifarişli daşıma ilə, yəni qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul olmaq istəyənlər isə buraxılış vəsiqəsini əldə etmək üçün 125 manat dövlət rüsumu ödəməlidirlər. Buraxılış vəsiqəsi əldə edən hüquqi şəxslər və ya fərdi sahibkarların nəqliyyat vasitələrinə verilən icazənin əlavəsi olaraq buraxılış kartı alması da mütləqdir. Bunun üçün tələb olunan dövlət rüsumunun məbləği isə 25 manatdır.
Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımaları üçün də buraxılış vəsiqəsi və buraxılış kartı tələbi müəyyən edilib. Bu fəaliyyət növü üçün buraxılış vəsiqəsi 250 manat, buraxılış kartı isə 75 manat dövlət rüsumu ödənilməklə təqdim olunacaq.
“Avtomobil nəqliyyatı haqqında” Qanunun tələbinə əsasən ölkə ərazisində taksi sifarişi operatoru fəaliyyəti də icazə əsasında mümkün olacaq. Sözügedən icazə növü üçün dövlət rüsumu 3000 manatdır.
Hüquqi şəxslər və fərdi sahibkarlar qeyd olunan icazələri əldə etmək üçün “Avtomobil nəqliyyatı haqqında” Qanunun 14-cü maddəsində tələb olunan sənədləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.
Avtomobil nəqliyyatı haqqında qanunvericiliyin tələblərinin pozulması inzibati məsuliyyət yaradır və buna yol verən şəxslərə qarşı cərimə tətbiq olunacaq. Belə ki, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimələnir.
Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 80 manat məbləğində cərimələnir.
Buraxılış vəsiqəsi, yəni icazə olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə edilir. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 2400 manat məbləğində cərimələnir.
Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə edilir. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 100 manat məbləğində cərimələnir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə də cərimə nəzərdə tutulub. Belə ki, qeyd olunan xətalara yol verən vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 20000 manat məbləğində cərimə olunacaq. Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmi yaratmayan və ya həmin mexanizmi fəaliyyət göstərməyən vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər isə 20000 manat məbləğində cərimələnəcək.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 22 saat əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
























