Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib

AzVak-mobil_resmin_ustu_31
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib.

Bankın yaydığı press-relizdə bildirilir ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı əlaqələrin qurulması” adlı paneldə bank sektorunun və regional maliyyə alətlərinin rolu barədə mühüm strateji baxışları bölüşüb.

Orxan Qarayev öz çıxışında nəqliyyat dəhlizlərinin idarə edilməsi, rəqəmsal inteqrasiya və KOS-ların maliyyə əlçatanlığının artırılması, həmçinin İslam Özəl Sektoru İnkişaf Korporasiyasının (ICD) Maliyyələşdirmə Xətti (LoF) alətlərinin real istehsaldan-çatdırılmaya qədərki dövrlərə uyğunlaşdırılması istiqamətində bankın strateji baxışını diqqətə çatdırıb. Sədr bu prosesdə dövlət qurumları, maliyyə təşkilatları, rəqəmsal platformalar və logistika provayderləri arasında qurulan çoxsahəli tərəfdaşlıq modellərinin KOS-ların qlobal ticarətə davamlı inteqrasiyasındakı müsbət rolunu vurğulayıb. Həmçinin dövlətimizin sahibkarlara yaratdığı əlverişli biznes mühiti və Bankın çevik maliyyə dəstəyi sayəsində KOB subyektlərinin rəqəmsal e-ticarət və B2B platformalarına inteqrasiyasının regional bazarlara çıxışda ən böyük rəqəmsal təkan olacağını bildirib. Sədr, dövlət dəstəyi mexanizmlərinin, xüsusilə güzəştli maliyyələşdirmə alətlərinin KOS-lara yönəldilməsinin onların regional dəyər zəncirinə qoşulmasını stimullaşdıran əsas amil olduğunu xüsusi qeyd edib.

1992-ci ildən fəaliyyət göstərən TuranBank Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır və müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən Bank yerli iqtisadiyyatın, xüsusilə də kiçik və orta sahibkarlığın (KOS) dayanıqlı inkişafını və maliyyələşdirilməsini prioritet istiqamət kimi rəhbər tutur, şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. 

TuranBank Orxan Qarayev TuranBank ASC İslam İnkişaf Bankı IsDB IsDB 51-ci İllik Toplantıları İİB Qrupu KOS KOB kiçik və orta sahibkarlar sahibkarlığın maliyyələşdirilməsi regional dəyər zəncirləri tədarük zəncirləri regional ticarət bank sektoru maliyyə alətləri ICD İslam Özəl Sektoru İnkişaf Korporasiyası Maliyyələşdirmə Xətti LoF güzəştli maliyyələşdirmə rəqəmsal inteqrasiya e-ticarət platformaları B2B platformalar logistika provayderləri nəqliyyat dəhlizləri dövlət-özəl tərəfdaşlığı sahibkarlara dəstək biznes mühiti regional bazarlara çıxış qlobal ticarət TuranBank xidmət nöqtələri Azərbaycan bank sektoru KOS-ların inkişafı KOB maliyyələşməsi
19.06.2026 14:57
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19