Quduzluğun kökü kəsiləcək - kompleks tədbirlər planı hazırlanır
Küçə heyvanlarına nəzarət edilməsi, həmçinin quduzluğun kökünün kəsilməsi ilə bağlı hansı tədbirlər həyata keçirilir?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanda quduzluğun kökünün kəsilməsi üzrə kompleks tədbirlər planı hazırlanır. Plana uyğun olaraq “Azərbaycanda quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı” Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində həyata keçiriləcək.
Sahibsiz itlərin insanlara hücum etməsi, quduzluq xəstəliyinin daşıyıcısı olması Dövlət Baytarlıq Nəzarəti Xidmətini də narahat edir. Amma Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ancaq sahibli, qeydiyyatda olan ev heyvanlarını quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirini həyata keçirir. Buna baxmayaraq, DBNX yaxın gələcəkdə vəhşi heyvanların, sahibsiz itlərin də quduzluq xəstəliyinə qarşı vaksinasiyasının aparılmasını nəzərdə tutur.
Avropa İttifaqının dəstəyi və ekspertlərinin iştirakı ilə hazırlanan "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" “Tvinninq” layihəsinin komponentlərinə daxil olan "Azərbaycanda Quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı"nda bu məsələ öz əksini tapıb. Eləcə də, bu sənəddə sahibsiz heyvanların saxlanıldığı sığınacaqların şəraitinin yaxşılaşdırılması, regionlarda sahibsiz itlərin saxlanıldığı sığınacaqların sayının artırılması da yer alıb.
Tədbirlər planında, həmçinin sahibsiz heyvanların artımının qarşısını almaq üçün sterilizasiya tədbirləri və vəhşi heyvanların oral vaksinasiyası da nəzərdə tutulur.
Qeyd olunub ki, 2015-ci ildə pilot layihə çərçivəsində Zaqatala, Balakən zonasında, eləcə də Abşeron yarımadasında vəhşi və sahibsiz heyvanların oral vaksinasiya tədbiri aparılıb. Eləcə də, tədbirlər planında vəhşi heyvanların oral vaksinasiyasının davam etdirilməsi nəzərdə tutulur.
Avropa İttifaqının "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" “Tvinninq” layihəsi çərçivəsində hazırlanan Azərbaycanda Quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın gələn il hökumətə təqdim olunması planlaşdırılır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 15 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 36 d. əvvəl
- 46 d. əvvəl
-
52 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
59 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib



























