İslam kollecləri bu il tələbə qəbulu apara bilməyib
Azərbaycanda yeni yaradılan İslam kolleclərinə bu tədris ilində tələbə qəbulunun aparılması mümkün olmayacaq.
Yeni kolleclərin binası, pedaqoji kollektivi hələ ki, tam formalaşmayıb. Qəbulun aparılması üçün tələbələrə təhsil üçün şərait yaradılmalıdır. Bu il sadəcə əvvəlki 3 İslam kollecinə tələbə qəbulu aparılır.
Hazırda İlahiyyat məscidində təmir işləri aparılır və Bibiheybət İslam Kollecinin bu məscidin nəzdində formalaşması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə mart ayında 8 İslam kolleci yaradılıb. Bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kollecidir.
QMİ-nin bu zamana qədər fəaliyyət göstərən üç dini mədrəsəsi var idi. Onlar Zaqatalanın Əliabad qəsəbəsində, Şəki və Bakı şəhərlərində fəaliyyət göstərir. Həmin mədrəsələrə də kollec statusu verilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
8 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
14 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
22 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 30 d. əvvəl
- 31 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 37 d. əvvəl
-
40 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 43 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Ən çox oxunanlar
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq



























