Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Nvidia, Nokia-ya 1 milyard dollarlıq investisiya edərək Avropadakı texnologiya ekosisteminə güclü bir addım atıb. Bu xəbərin ardından Nokia-nın səhmləri Helsinki Birjasında 17% bahalaşaraq son 12 ilin ən kəskin günlük artımını qeydə alıb.Süni intellekt sahəsinin lideri Nvidia, Finlandiyalı texnologiya şirkəti Nokia Oyj-yə 1 milyard dollarlıq sərmayə yatıraraq, şirkətin mobil şəbəkə avadanlıqlarından süni intellekt texnologiyalarına keçidini dəstəkləməyi planlaşdırır.
Marja xəbər verir ki, şirkətlərin çərşənbə axşamı yaydığı birgə açıqlamaya əsasən, Nokia, Nvidia üçün hər birinin dəyəri 6,01 dollar olan 166 milyon yeni səhm buraxacaq. Bunun nəticəsində Nvidia, Nokia-da 2,9%-lik paya sahib olacaq.
Əməkdaşlıq çərçivəsində Nvidia-nın çipləri, Nokia-nın 5G və 6G şəbəkə proqramlarını sürətləndirmək üçün istifadə ediləcək. Bundan əlavə, iki şirkət Nokia-nın məlumat mərkəzi texnologiyasının Nvidia-nın süni intellekt infrastrukturunda necə tətbiq oluna biləcəyini araşdıracaq.
Mobil şəbəkə avadanlıqları ilə tanınan Nokia, süni intellektin yayılması nəticəsində artan hesablama gücü tələbindən yararlanmaq üçün məlumat mərkəzi bazarına yönəlir. Bu strategiya artıq nəticə verib və şirkət son rübdə Wall Street gözləntilərini üstələyib. Nokia, bu ilin əvvəlində Infinera Corp. şirkətini 2,3 milyard dollara alaraq süni intellekt məlumat mərkəzləri üçün şəbəkə məhsullarında potensialını genişləndirmişdi.
İnvestisiya xəbəri Nokia-nın səhmlərini bahalaşdırdı
Xəbərdən sonra Nokia-nın səhmləri Helsinki Birjasında 17%-ə qədər dəyər qazanaraq 2013-cü ildən bəri ən yüksək günlük gəlirini əldə edib.
Bu əməkdaşlıq, artıq mobil telefon istehsal etməyən, lakin hələ də güclü brend imicinə malik olan Nokia üçün mühüm bir transformasiya addımı hesab olunur. Baş direktor Castin Hotard, şirkətin yenidənqurma prosesinə rəhbərlik edərək, Nokia-nı 5G radiolarından fiber-optik kabellərə qədər geniş rabitə texnologiyaları təqdim edən və Huawei-nin Qərbdəki yeganə alternativi kimi mövqeləndirir.
Son dövrlərdə investisiyalarını artıran Nvidia, daha əvvəl OpenAI-yə 100 milyard dollar sərmayə qoyacağını, həmçinin Wayve, Oxa, Revolut və PolyAI kimi startaplara da maliyyə dəstəyi verəcəyini açıqlayıb. Bloomberg News-a görə, şirkət Deutsche Telekom AG ilə birlikdə Almaniyada məlumat mərkəzi investisiyası planlaşdırır.
Avropalı siyasətçilər və texnologiya liderləri uzun müddətdir ki, qitənin öz süni intellekt ekosistemini gücləndirərək ABŞ və Çinə çatmasının vacibliyini vurğulayırlar. Nvidia-nın baş direktoru Censen Huang, Avropanın süni intellekt infrastrukturunun inkişafında yavaş qaldığını və məlumatlarını region daxilində saxlamaq istəyən şirkətlərə kifayət qədər dəstək verilmədiyini tənqid edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 12 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 33 d. əvvəl
- 43 d. əvvəl
-
49 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
56 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
























