Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
ABŞ-da benzin qiymətlərinin artmasına baxmayaraq, Donald Tramp bununla bağlı narahat olmadığını bildirib və neft qiymətlərinin tezliklə aşağı düşəcəyini deyib.
Marja.az "Fox News"a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verərək ABŞ və İsrailin İrana qarşı hücumları və artan benzin qiymətləri barədə danışıb.
Jurnalistlərin benzin qiymətləri ilə bağlı narahat olub-olmadığı sualını cavablandıran Tramp bildirib:
“Xeyr. Bu, 47 ildir görülməli olan bir işin qısa sınağıdır. 47 il – bunu etmək üçün bu qədər vaxt lazım oldu və heç bir prezident buna cəsarət etmədi.”
Tramp Hörmüz boğazında dəniz nəqliyyatının gələcəyi barədə danışarkən qeyd edib ki, bölgədəki gəmilər ABŞ-a qoşulub, lakin proses hələ tamamlanmayıb. O, həmçinin İranın donanmasının məhv edildiyini iddia edərək, “Onların donanmasını məhv etdik, hazırda dənizin dibindədir” deyib.
ABŞ prezidenti neft qiymətlərinin yüksələcəyini əvvəlcədən gözlədiklərini, lakin qiymətlərin “çox sürətlə aşağı düşəcəyini” bildirib.
“Etdiyimiz iş təkcə ölkəmiz, İsrail və Yaxın Şərq üçün deyil, bütün dünya üçün əla bir addımdır”, – deyə Tramp vurğulayıb.
O əlavə edib ki, ABŞ-ın hələ istifadə etmədiyi çox böyük neft ehtiyatları var:
“Dünyada çoxlu neft var. Bu vəziyyət çox tez düzələcək.”
İranın hərbi imkanları ilə bağlı açıqlamalar
Tramp ABŞ və İsrail qüvvələrinin İranın dəniz və hava qüvvələrinin, eləcə də raket potensialının böyük hissəsini məhv etdiyini iddia edib və Tehran rəhbərliyini “qeyd-şərtsiz təslim olmağa” çağırıb.
Onun sözlərinə görə, İran donanması artıq mövcud deyil:
“Onların donanmasını – 44 gəmini məhv etdik. Hava qüvvələrini məhv etdik, bütün təyyarələrini. Raketlərinin böyük hissəsini də məhv etdik.”
Tramp hücumlar zamanı İranın raket istehsalı obyektlərinin də ciddi zərbələr aldığını, ölkənin pilotsuz uçuş aparatları imkanlarının xeyli zəiflədiyini bildirib.
ABŞ prezidenti bildirib ki, İran “qeyd-şərtsiz təslim olmalıdır”:
“Ya təslim olacaqlar, ya da təslim olacaq heç kim qalmayacaq, çünki liderlərini dəfələrlə aradan götürmüşük.”
Tramp baş verən hadisələri dünyanı daha təhlükəsiz edəcək “kiçik bir epizod” kimi qiymətləndirib.
O, jurnalistlərin 28 fevralda İranın Minab şəhərində bir qız ibtidai məktəbinə edilən və 153 şagird və müəllimin həyatını itirdiyi hücumla bağlı ABŞ-ın məsuliyyəti barədə sualına isə belə cavab verib:
“Xeyr. Gördüklərimə əsasən, bunu İran edib.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























