SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
SpaceX-in birja debütündən sonra açıq bazarda səhmlərini alan orta statistik investor ucuzlaşma səbəbindən əldə etdiyi gəlirin demək olar ki, hamısını itirib.SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb. Bununla da şirkətin rekord göstəricilərlə baş tutan ilkin kütləvi təklifindən (IPO) sonra müşahidə olunan ilkin bahalaşmanın ardınca son üç tam ticarət günü ərzində davam edən satış dalğası daha da dərinləşib.
Marja xəbər verir ki, İlon Maskın kosmos və süni intellekt sahəsində fəaliyyət göstərən şirkəti iyunun 12-də baş tutan iri həcmli birja debütündən sonra dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilib. Həmçinin irihəcmli IPO Maskı dünyanın ilk trilyonçusuna çevirib.
Şirkət səhmlərini hər birini 135 dollardan təklif etmişdi. SpaceX səhmləri ticarətə hər səhm üçün 150 dollar qiymətlə başlamışdı. 16 mayda şirkətin birjada səhminin qiyməti 201,80 dollaradək yüksəlmişdi. Hazırda SpaceX səhminin qiyməti 156.80 dollardan ticarət olunur.
İlk ticarət günlərindı SpaceX-in səhmləri kəskin bahalaşmış, şirkətin bazar kapitallaşması Amazon-u və qısa müddətə Microsoft-u geridə qoymuşdu. Lakin sonradan kapitallaşma yenidən hər iki şirkətin səviyyəsindən aşağı düşüb.
Optimist investorlar Maskın SpaceX-də uzunmüddətli gəlirlilik yaratmaq potensialına böyük ümid bəsləyirlər. Şirkət 2025-ci ildə 4,9 milyard dollar xalis zərər açıqlayıb, bu ilin birinci rübündə isə 4,28 milyard dollar zərər edib.
Lakin SpaceX-in birja debütündən sonra açıq bazarda səhmlərini alan orta statistik investor ucuzlaşma səbəbindən əldə etdiyi gəlirin demək olar ki, hamısını itirib.
Səhmlər ötən həftə çərşənbə və cümə axşamı müvafiq olaraq 5 faiz və 3,6 faiz ucuzlaşıb. Cümə günü isə ABŞ-da Juneteenth bayramı ilə əlaqədar ticarət keçirilməyib. Bazar ertəsi daxil son üç ticarət günü ərzində SpaceX səhmləri ümumilikdə təxminən 24 faiz dəyər itirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 33 d. əvvəl
- 46 d. əvvəl
-
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























