Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində

Qızılın qiyməti enişini davam etdirərək yeddi aydan çox müddətin ən aşağı səviyyələrinə yaxınlaşıb. Buna ABŞ dollarının yenidən güclənməsi və Federal Ehtiyat Sisteminin (Fed) pul siyasətini daha da sərtləşdirəcəyinə dair gözləntilərin artması fonunda gəlir gətirməyən metala tələbin azalması səbəb olub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı  - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qızılın qiyməi cümə axşamı enişini davam etdirərək bir gün əvvəl qeydə alınmış yeddi aydan çox müddətin ən aşağı səviyyəsinə yaxın qalıb.

Marja xəbər verir ki, ABŞ Mərkəzi Bankının (FED) faiz artıracağına dair gözləntilərin güclənməsi fonunda dolların möhkəm qalması qızıl üzərində təzyiq yaradıb.

Qıızıl Bakı vaxtı ilə saat 07:17-yə olan məlumata görə 0,7% ucuzlaşaraq bir unsiya üçün 3970,47 dollaradək düşüb.

Qızılın qiyməti çərşənbə günü 2025-ci ilin noyabrından bəri ilk dəfə əsas psixoloji hədd olan 4000 dollar/unsiya səviyyəsindən aşağı enib.

Qiymətli metal hazırda yanvarda qeydə alınmış 5595,46 dollar/unsiya səviyyəsindəki rekord maksimumdan təxminən 30% ucuzlaşıb.

Külçə qızıl güclü dollar və FED-in faiz artıracağına dair gözləntilərin təsiri ilə çərşənbə günü 2025-ci ilin noyabrından bəri ilk dəfə kritik 4 000 dollar/unsiya səviyyəsindən aşağı düşüb.

CME FedWatch Tool-un məlumatlarına görə, investorlar bu il FED-dən 3 dəfə faiz artımı gözləyirlər və sentyabr ayında faiz artımı ehtimalını təxminən 67% səviyyəsində qiymətləndirirlər.

ABŞ dolları çərşənbə günü ardıcıl üçüncü ticarət sessiyasında da bahalaşaraq 13 ayın ən yüksək səviyyəsinə çatıb. Bu isə digər valyutalardan istifadə edən investorlar üçün qızılı daha bahalı edib.

ABŞ-ın maliyyə naziri Skott Bessent çərşənbə günü Fed sədri Kevin Uorşun gələcəyə yönəlik faiz istiqamətləndirməsini azaltmaq planını müsbət qarşıladığını bildirib. Bununla belə, o vurğulayıb ki, Fed siyasətçiləri İran münaqişəsinin inflyasiyaya təsiri məsələsində açıq mövqedə qalmalıdırlar.

Digər tərəfdən, rəsmilər bildiriblər ki, Livan və İsrail ABŞ-ın dəstəklədiyi təklifi müzakirə edir. Təklif İsrail qüvvələrinin Hizbullahla müharibə zamanı işğal etdiyi Livan ərazilərinin bir hissəsini Livan ordusuna təhvil verməsini nəzərdə tutur. Bu addım işğal altındakı bölgələrdə Livanın nəzarətini yenidən bərpa etməsi istiqamətində irəliləyiş ola bilər.

Digər qiymətli metallardan - gümüş 0,2% ucuzlaşaraq 57,33 dollara, platin 0,2% uculaşaraq 1575,85 dollara geriləyib. Palladium isə 0,3% bahalaşaraq 1 170,25 dollara yüksəlib.

25.06.2026 08:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19