970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda bu ilin sonuna qədər kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda bu ilin sonuna qədər kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
Foto: Report
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda bu ilin sonuna qədər virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, AMB virtual aktivlər və kripto bazarları ilə bağlı qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib: "Bu, bizim üçün kifayət qədər mühüm nailiyyətdir. Çünki həmin sahə indiyədək tənzimlənməyib və həm dünya, həm də Azərbaycan üçün nisbətən yeni bir istiqamətdir. Ümid edirik ki, hər şey plan üzrə gedərsə, ilin sonuna qədər kriptovalyutalar və virtual aktivlərlə bağlı qanun layihəsi təsdiqlənəcək. Bu istiqamətdə də komanda olduqca fəal və intensiv şəkildə iş aparır".

AMB "Sandbox" rejimi çərçivəsində indiyə qədər 35-dən çox müraciət qəbul edib

AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru əlavə edib ki, innovativ maliyyə məhsul və xidmətlərinin Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejimi ("Sandbox") çərçivəsində indiyə qədər quruma 35-dən çox müraciət daxil olub.

"Bu, 35 yeni məhsul və ya ideya deməkdir. Əlbəttə, onların hamısı qəbul edilməyib, lakin bu göstəricini kifayət qədər müsbət hesab edirik. Hazırda növbəti mərhələ üzərində düşünürük. Məqsəd müraciətlərin yalnız müəyyən dövrlərlə məhdudlaşdırılmaması, daim açıq modelə keçilməsidir. Beləliklə, istənilən maraqlı konsept və ya innovativ ideya istənilən vaxt Mərkəzi Banka təqdim oluna və bizim tərəfdən qiymətləndirilə bilər", - deyə o qeyd edib.

F. Tofidi əlavə edib ki, "Sandbox" sınaq mühitidir və innovativ ekosistemin inkişafı üçün atılan ən mühüm addımlardan biridir: "Təsəvvür edin ki, indiyədək yeni maliyyə xidmətləri və ya məhsulları yarananda onların geniş auditoriyaya təqdim olunması qarşısında müxtəlif məhdudiyyətlər mövcud idi. Bu məhdudiyyətlər bəzən normativ-hüquqi bazanın olmaması, bəzən isə digər maneələrlə bağlı olurdu. Nəticədə, təşkilatlar həmin məhsul və xidmətlərin tətbiqində müəyyən çətinliklərlə üzləşirdilər".

O vurğulayıb ki, AMB yeni məhsul və ya xidmət üçün müvəqqəti icazə verir, xüsusi sınaq mühiti yaradır və onu test edir: "Əgər xidmət uğurlu nəticə göstərərsə, sonradan onun geniş istifadəsinə şərait yaradılır. Bunun nəticəsində qanunvericilikdə dəyişikliklər edilə və yaxud tamamilə yeni qayda və qanunlar qəbul oluna bilər. Düşünürəm ki, bu mexanizm innovasiya ekosisteminin inkişafı üçün ən mühüm addımlardan biridir".

İş elanları AzVak.az-da

© "Report" 

29.06.2026 11:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19

Ən çox oxunanlar