Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
Azərbaycan Mərkəzi Bankı (AMB), proqnozlara görə, 2026-cı il ərzində uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq.
Niderlandın ən böyük bank qrupu olan "ING Group"un ekspertləri belə hesab edirlər.
"ING Group" analitiklərinin qiymətləndirmələrinə görə, Azərbaycanın tənzimləyici qurumu uçot dərəcəsini 2027-ci il ərzində dəyişməyərək 6,5 % səviyyəsində saxlaya bilər.
Bununla yanaşı, 2028-ci ildə uçot dərəcəsinin 50 baza bəndi azaldılaraq 6 %-ə endiriləcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, AMB-nin İdarə Heyəti iyunun 24-də keçirilən son iclasında uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Qeyd edək ki, 2025-ci ildə Mərkəzi Bank uçot dərəcəsinə həsr olunmuş 8 iclas keçirib. Onlardan 6-da dərəcə dəyişməyib, 2 dəfə isə dərəcənin azaldılması (hər dəfə 25 baza bəndi) barədə qərar qəbul edilib.
AMB bu il də uçot dərəcəsinə həsr olunmuş 8 iclas keçirəcək. Faiz dəhlizinin parametrləri növbəti dəfə iyulun 31-də nəzərdən keçiriləcək.
XXX
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda illik inflyasiyanın cari ildə 5,8 %, 2027-ci ildə isə 5,6 % səviyyəsində olacağını proqnozlaşdırır.
ING-nin yenilənmiş məlumatlarına görə, əvvəl dərc olunmuş proqnozla müqayisədə cari il üzrə inflyasiya gözləntiləri 0,3 faiz bəndi (f.b.), 2027-ci il üzrə proqnoz isə 0,1 f.b. artırılıb.
Bundan əlavə, bank qrupu ilk dəfə olaraq 2028-ci il üzrə proqnozunu da açıqlayıb. ING-nin hesablamalarına görə, 2028-ci ildə inflyasiya səviyyəsi 5,3 %-ə çatacaq.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 5,6 % təşkil edib. Bu göstərici 2024-cü ildə 2,2 % olub. 2026-cı ilin yanvar-may aylarında isə ölkədə orta illik inflyasiya 5,6 % təşkil edib.
Bankın analitikləri orta illik inflyasiyanın bu ilin ikinci rübündə 5,7 % (əvvəlki proqnoz 5,5 % idi), üçüncü rübdə 5,8 % (əvvəlki proqnoz - 5,4 %) və dördüncü rübdə 5,6 % (əvvəlki proqnoz - 5,6 %) olacağını gözləyirlər.
Azərbaycanın İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına görə (may ayında açıqlanmış), cari ildə illik inflyasiya təxminən 5,9 % təşkil edəcək.
BMT isə bu il Azərbaycanda inflyasiyanı 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 %, Asiya İnkişaf Bankı isə 3,5 % səviyyəsində olacağını gözləyir.
"Moody's" beynəlxalq reytinq agentliyi, cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" isə 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində proqnozlaşdırır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
5 d. əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
-
19 d. əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
2 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
2 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
3 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
5 saat əvvəl
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
-
5 saat əvvəl
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Azvak.az-da yeni iş elanları
























