SOCAR elektrikli avtomobillər üçün yükləmə stansiyası istifadəyə verib
/Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi “Socar Energy Switzerland”, eləcə də “Groupe E” şirkəti tərəfdaşları “Autogrill” şirkəti ilə birgə İsveçrənin Bern əyalətində elektrikli avtomobillər üçün ən böyük sürətli enerji yükləyən stansiyanı istifadəyə verib.
"Bieler Tagblatt" saytı xəbər verir ki, Piterlendəki xidmət mərkəzi avtomobillərin sıx olduğu şosse üzərində yerləşir.
Odur ki, bu ərazidə sürətli yükləmə stansiyasının yerləşməsi xüsusi önəm daşıyır.
Ötən gün baş tutmuş açılış mərasimi zamanı dəvət olunan qonaqlar da ərazidə müxtəlif markalı elektrik avtomobillərini test ediblər.
Qeyd edək ki, ən son nəsil elektrik yükləmə stansiyasında qurğuların hər biri 50 KVt gücə malikdir və iki nəqliyyat vasitəsinin eyni anda yükləməsinə imkan verir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
17 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 41 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Rəsmi məzənnələr açıqlandı
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Ən çox oxunanlar
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
























