Pozitiv düşüncənin gücü
Müsbət düşüncə həyatın yaxşı tərəflərinə fokuslanan və müsbət nəticələr gözləyən zehni və hissi bir mövqedir. Müsbət düşüncəli insan xoşbəxtliyə, sağlamlığa və müvəffəqiyyətə fokuslanır, hər hansı bir maneə və çətinliyin öhdəsindən gələ biləcəyinə inanır. Pozitiv düşüncə hər kəsin inandığı və qəbul etdiyi bir anlayış deyil. Bəziləri onu axmaqlıq hesab edir. Bununla yanaşı, pozitiv düşüncəni reallıq olaraq qəbul edən və öz fəaliyyətində istifadə edən xeyli insan var. Bir çox kitab, dərs və yazılar tərəfindən sübut edildiyi kimi bu mövzu getdikcə daha çox populyarlıq qazanmaqdadır. Bu prinsipi öz həyatınızda istifadə edə bilmək üçün təkcə mövcudluğundan xəbərdar olmaq kifayət etmir. Bu düşüncə tərzini mənimsəmək lazımdır.
Pozitiv düşüncə necə işləyir?
Aşağıdakı nümunələr vasitəsilə bunu daha yaxşı anlaya bilərsiniz:
Orxan işə qəbul edilmək üçün müraciət edir, ancaq özünə güvənmədiyi üçün müvəffəqiyyətsizliyə düçar olur. Onun özünə qarşı mənfi münasibəti var idi və digərlərinin ondan daha yaxşı olduğuna inanırdı. Orxanın zehni müsahibədən əvvəlki həftə ərzində işlə bağlı mənfi fikirlər və narahatlıqlarla dolu idi. Əslində, o, uğursuz olacağına inanırdı. Müsahibə günü yuxudan gec oyandı və geyinməyi planlaşdırdığı köynəyin çirkli, digərinin isə ütüsüz olduğunu gördü. Gecikdiyi üçün ütüsüz köynəyi geyindi və səhər yeməyi yemədən evdən çıxdı. Müsahibə vaxtı əsəbi, neqativ, ac və köynəyi üçün narahat idi. Bütün bu məsələlər onun diqqətini dağıtdı və fikrini toplamağa imkan vermədi. Nəticə etibarilə, bunlar onun davranışlarına və cavablarına mənfi təsir etdi və qorxularını reallaşdırdı; o, işə qəbul edilmədi.
Aydın da həmin iş üçün müraciət etmişdi, ancaq o məsələyə fərqli aspektdən yanaşırdı. İş qəbul ediləcəyinə əmin idi. Müsahibədən əvvəlki həftə ərzində yaxşı təəssürat yaratmaq üçün məşqlər edirdi. Görüşdən bir gün əvvəl həmin gün geyinəcəyi paltarları hazırladı və tez yatdı. Beləliklə, müsahibə günü tezdən oyandı, tələsmədən səhər yeməyini yedi və qeyd olunan vaxtdan bir qədər əvvəl müsahibənin keçiriləcəyi yerə getdi. Nəticə etibarilə, Aydın işəgötürənlərdə yaxşı təəssürat oyatdı və işə qəbul edildi.
Bu iki hekayədən nə öyrənə bilərik? Burada hər hansı bir sehrli qüvvədən istifadə edilib mi? Xeyr, hər şey təbii şəkildə reallaşıb.
Müsbət Düşüncə Həyat Tərzidir
Pozitiv münasibət sayəsində yaxşı və xoşbəxt hisslər yaşaya bilərik. Bu cür düşüncə gözlərə parlaqlıq, daha çox enerji və xoşbəxtlik gətirir. Bütün varlığımız yaxşı niyyət, xoşbəxtlik və müvəffəqiyyət ilə dolur. Bu hal hətta sağlamlığımıza belə müsbət təsir edir.
Müsbət və mənfi düşüncə yoluxucudur. Qarşılaşdığımız insanlara bu və ya digər şəkildə təsir edirik, yaxdu da onların təsirinə məruz qalırıq. Bu hal qeyri-iradi olaraq, şüuraltında sözlər, düşüncə və duyğular, həmçinin bədən dili vasitəsilə reallaşır. Mənfi düşüncələr, sözlər və münasibətlər mənfi və bədbəxt hisslər, əhval-ruhiyyə və davranışlar yaradır. Zehin mənfi fikirlərlə yükləndikdə, qana zəhər ifraz olunur və bu da daha çox bədbəxtlik və neqativliyə səbəb olur.
Müsbət Düşüncə üçün Təlimat və Məsləhətlər
Zehni müsbətə tərəf çevirmək üçün daxili münasibət və düşüncələr bir gecədə dəyişmədiyi üçün bəzi daxili məşqlərə ehtiyac var. Bu məqaləni oxuduqdan sonra deyilənləri həyatınızda sınamağa cəhd edin; möhtəşəm nəticələr əldə etdiyinizi özünüz görəcəksiniz. Düşüncələrinizin gücü həyatınızı formalaşdıran güclü bir qüvvədir. Bu proses bütövlükdə götürdükdə, şüuraltında reallaşır, ancaq onu şüurlu prosesə çevirmək mümkündür.
- Təsəvvür qabiliyyətinizi ancaq müsbət vəziyyətləri vizuallaşdırmaq üçün istifadə edin.
- Daxili nitqlərinizdə və yaxud digər insanlarla danışarkən müsbət sözlərdən istifadə edin.
- Gülümsəyin, çünki bu müsbət düşüncənin yaranmasına kömək edir.
- Beyninizə neqativ fikirlər gəldikdə, onları müsbət fikirlər ilə dəyişdirməyə cəhd edin. Qarşınızda iki rəsm olduğunu düşünün; onlardan birinə baxmağı, digərini isə görməzlikdən gəlməyi seçməlisiniz.
- Mənfi düşüncələri müsbət düşüncələrlə dəyişdirərkən daxili müqavimət və çətinliklərlə qarşılaşsanız, ruhdan düşməyin, zehininizdəki faydalı, yaxşı və xoşbəxt düşüncələrlə maraqlanmağa davam edin.
- Vəziyyətinizin hal-hazırda necə olması vacib deyil. Müsbət düşünün, yalnız müsbət nəticələr və hadisələr gözləyin. Əgər cəsarətli olsanız, zehininizin düşüncə formasını dəyişəcəksiniz. Dəyişikliklərin reallaşması uzun çəkə bilər, ancaq siz buna nail olacaqsınız.
- Digər bir vacib məsləhət isə qərarların təkrarlanmasıdır. Bu metod yaradıcı təsəvvürlə oxşardır və onunla birlikdə istifadə edilə bilər.
Yeri gəlmişkən pozitiv düşüncə ilə bağlı ən uğurlu kitablardan biri də Napaleon Hillin “Düşün və varlan” kitabıdır. Bu kitabın qısa məzmunu www.readit.az saytından əldə edə bilərsiniz.
Pozitiv düşünün ki, işləriniz yolunuzda getsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
3 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
9 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
17 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 26 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 32 d. əvvəl
-
35 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 38 d. əvvəl
- 43 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
Ən çox oxunanlar
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq




























