Biznes krediti komissiyasız və 2% endirimlə!
TuranBank Novruz Bayramı münasibətilə biznes kreditlərinə endirim aksiyasına başlayır.
Şərtlərə görə 15-30 mart tarixlərində Bankdan biznes krediti əldə etmək istəyən müştərilər heç bir komisyon haqqı ödəmədən kreditin illik faizində 2% endirim qazanacaqlar.
Məlumat üçün bildiririk ki, TuranBank hazırda 25 iyun tarixinədək davam edəcək möhtəşəm “Hədiyyə Mövsümü!” adlı əmanət kampaniyasını keçirir. Kampaniya müddəti ərzində Bankda ən azı bir il müddətinə minimum 1000 manat və ya ABŞ dolları məbləğində depozit yatıran müştərilər Hyundai Grandeur avtomobili ilə yanaşı, Türkiyə və ölkəmizin səfalı guşələrinə 2 nəfərlik səyahət paketi, qızıl külçə, televizor, noutbuk, planşet, mobil telefon, hədiyyə kartları və sair çox sayda uduşlara sahib olmaq imkanı qazanacaqlar. Qeyd edək ki, kampaniya müddəti ərzində Bankda yatırılan əmanətlərin hər 1000 manat və ya ABŞ dolları məbləği müqabilində əmanət sahibinə 1 (bir) lotereya bileti verilir.
“Hədiyyə Mövsümü!” kampaniyası haqqında ətraflı məlumatı Bankın rəsmi www.turanbank.az saytından, facebook (www.facebook.com/turanbankasc), instagram (https://www.instagram.com/turanbank/) səhifələrindən və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Məlumat üçün bildiririk ki, Bankın geniş çeşidli əmanət növlərinin cəmləndiyi “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 3 aydan 3 il müddətinədək açılan əmanətləri manat, ABŞ dolları və avroda yerləşdirmək mümkündür.
Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditlərini təklif edir.
Qeyd etmək lazımdır ki, Bankın beynəlxalq statuslu MasterCard plastik kartları da öz rəqabət qabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, CashBack və s. xidmətlərdən istifadə etmək mümkündür.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
14 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 38 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Rəsmi məzənnələr açıqlandı
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Ən çox oxunanlar
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib























