“Mercedes-Benz”in ehtiyat hissələri və aksesuarlar mağazası açıldı – ORİJİNAL MALLAR
“Mercedes-Benz” avtomobillərinin Azərbaycanda rəsmi dileri “AutoStar Kaukasus” şirkəti Bakıda yeni Aksesuar, Ehtiyyat Hissələri, Sərgi və Satış Salonunu istifadəyə verib. Salonun ticarət sahəsi 500 kvadrat metrdən çoxdur, bunun təxminən 250 kvadrat metrini “şou-rum”, qalan sahəni isə ehtiyat hissələri anbarı təşkil edir.
“GÖSTƏRDİYİMİZ XİDMƏTİ YENİ SƏVİYYƏYƏ QALDIRIRIQ”
“AutoStar Kaukasus” şirkətinin Baş direktoru Kamil Məmmədov “Marja”ya bildirdi ki, bu konsepsiyada ehtiyat hissələri və aksesuarlar mağazası ilk dəfədir açılır:
“İndiyədək ehtiyat hisslərinin satışı şirkətimizin anbarından həyata keçirilirdi. Artıq bu gündən etibarən satış bu mağaza vasitəsilə reallaşdırılacaqdır. Biz bu mağazanı açmaqla “Mercedes – Benz” olaraq müştərilərimizə göstərdiyimiz xidmətləri yeni səviyyəyə qaldırçış oluruq”.
“100% ORİJİNALDIR”
Bu gün Azərbaycanda saxta ehtiyat hissələrinin satışı geniş vüsət alıb. Bir çox avtomobil sahibləri ucuz olduğu üçün qeyri-orijinal ehtiyat hissələri alırlar. Lakin alınan ehtiyat hissələri qısa müddətdə sıradan çıxır, avtomobilin istsmarı zamanı təhlükəli hadisələr baş verə bilir:
Kamil Məmmədov qeyd etdi ki, mağazaya bütün mallar Almaniyadan “Mercedes-Benz”in mərkəzi anbarından gətirilir və məhsullar 100% orijinaldır:
“Alınan ehtiyat hissələrinə 2 il zəmanət verilir. Mağazadan “Mercedes-Benz” sahibləri, servis mərkəzləri və sığorta şirkətləri rahat faydalana biləcəklər. Orijinal mallar uyğun qiymətlərə təklif olunur. Ehtiyat hissəsi keyfiyyətli olmadıqda avtomobilin istismarı zamanı problemlər ortaya çıxır, avtomobil sahibləri dəfələrlə xərcə düşürlər. Bu gün Azərbaycanda baş verən yol qəzalarında qeyri-orijinal ehtiyat hissələrindən istifadənin də payı var. Bunlara görə, biz həmişə tövsiyə edirik ki, orijinal ehtiyat hissələrindən istifadə olunsun”.
“BÜTÜN MODELLLƏR ÜÇÜN EHTİYAT HİSSƏLƏRİ MÖVCUDDUR”
Şirkətin direktoru qeyd etdi ki, dükanda geniş çeşiddə, “Mercedes-Benz”in bütün model sırası üçün ehtiyat hisələri mövcuddur:
“80-ci illərdən bəri istehsal olunmuş bütün Mercedes-Benz modelləri üçün ehtiyat hissələrimiz mövcuddur. Əgər müştərinin istədiyi ehtiyat hissəsi anbarımızda yoxdursa, onu sifariş əsasında Almaniyadan 2 həftə ərzində gətirə bilirik. Alınan ehtiyat hissələri şirkətimizin rəsmi servis mərkəzində dəyişdirilə bilər”.
Mağazada müştəriyə fərdi qaydada yanaşma var. Müştəri avtomobilinə tələb olunan ehtiyat hissəsini satış məsləhətçisinə bildirir. Satış məsləhətçisi müştəriyə məsləhət verməklə bərabər, ehtiyat hissəsini seçərək ona təhvil verir.
MAĞAZALAR ŞƏBƏKƏSİNƏ ÇEVRİLƏCƏK
Kamil Məmmədov əlavə etdi ki, gələcəkdə mağazaların sayının artırılması planlaşdırılır. Bakı ilə bərabər, regionlarda da Aksesuar, Ehtiyyat Hissələri, Sərgi və Satış Salonunun açılması nəzərdə tutulur.
Mercedes-Benz-in Aksesuar, Ehtiyyat Hissələri, Sərgi və Satış Salonu Nərimanov rayonu, Kazım Kazımzadə küç. 30 ünvanında (Bakı Zooloji Parkının yaxınlığı) yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
17 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 41 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Rəsmi məzənnələr açıqlandı
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Ən çox oxunanlar
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib

























