Siyasi və iqtisadi risklərin artması dolların qiymətlərinə mənfi təsir edir - GÜNƏ BAXIŞ
Dünya birjalarında Amerika ətrafında siyasi və iqtisadi risklərin artması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də mənfi təsir etməkdədir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti təzyiq altında qalmaqda davam edir. ABŞ ilə Çin arasında ticarət münasibətlərinin pozulması və Amerika Mərkəzi Bankının faiz artımı ehtimallarının zəifləməsi əsas səbəblərdir.
Beləliklə, EUR/USD məzənnəsi 1.14, GBP/USD məzənnəsi isə 1.29$-a ticarət edilməkdədir. Türkiyə maliyyə bazarlarında da dolların qiyməti 5.28TL-yə kimi ucuzlaşıb.
Təhlillərə əsasən, dollar indeksi cümə axşamının maksimum səviyyəsi altında qaldıqca, 0.3%-a kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, Amerikanın fond indeksləri də diqqət mərkəzində saxlanılmalıdır. Burada ucuzlaşma davam edərsə, dolların qiymətlərində də ucuzlaşma daha da sürətlənə bilər. Əks təqdirdə, "S&P500" indeksi 2671 və Dou Cons (ing.: "Dow Jones") indeksi 24661 punktu yuxarı istiqamətdə qırarsa, bahalaşma yenidən bərpa edilə bilər.
Qeyd etmək lazımdır ki, Amerikanın səhm indeksləri "S&P500" hal-hazırda 2640 və Dou Cons indeksi 24376 punkta ticarət edilməkdədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
8 d. əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
-
51 d. əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 2 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Ən çox oxunanlar
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























