Azərbaycanlı “Lenovo” kompüterlərində kritik boşluq aşkarlayıb
Azərbaycanlı ekspert “Lenovo” kompüterlərində kritik boşluq aşkarlayıb.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən bildirilib ki, gənc mütəxəssis, “Cybero” Kibertəhlükəsizlik Mərkəzinin eskperti Emin Quliyev “Lenova” kompüterlərinə kənar müdaxiləyə imkan yaradan kritik təhlükəsizlik boşluğu üzə çıxarıb. “Lenovo” rəsmi internet səhifəsində ekspertin tapdığı bu boşluğu təsdiqləyərək təşəkkürünü bildirib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Şirkətin 2019-cu il aprelin 4-də rəsmi olaraq yayımladığı açıqlamada bu boşluqdan şirkətin istehsal etdiyi 100 modelin təsirləndiyini və yeni “patch” ilə bu kritik boşluğun artıq aradan qaldırıldığı bildirilir. CVE-2019-6156 kod nömrəsi alan bu boşluq SMM BIOS sistemindən “SPI Flash” müdaxiləsi qadağan olunmuş yaddaşa kənar müdaxiləyə imkan yaradan kritik təhlükəsizlik boşluğundan söhbət açır. Açıqlamanın daha geniş mətni və boşluğa məruz “Lenovo” modellərinin siyahısını https://support.lenovo.com/us/ru/product_security/len-26332 keçiddən əldə etmək mümkündür.
Bildirilir ki, gənc ekspert E.Quliyevin bundan öncə də ciddi tədqiqatları olub və ekspert “Windows”, “Linux”, “Acer BIOS”, eyni zamanda, “VPN Browser”, “Mail Server” kimi müxtəlif proqram təminatlarında ciddi boşluqlar taparaq vendorlardan buna görə “bounty”lər alıb.
Hazırda ekspert “Cyber” Kibertəhlükəsizlik Mərkəzində avadanlıqların, əməliyyat sistemlərinin eləcə də tətbiqlərin analizi, onların təhlükəsizliyinin yoxlanılması və rəy verilməsi üçün tərs mühəndislik (Reverse Engineerin) laboratosiyasının qurulması üzrə işlərini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 10 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 31 d. əvvəl
- 41 d. əvvəl
-
48 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
54 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib



























