Bu ölkənin reytinqi düşdü, pul vahidi kəskin ucuzlaşdı
Cənubi Afrika 17 il sonra "investisiya edilə bilər" reytinqini itirib
"Marja" xəbər verir ki, S&P-nin Cənubi Afrikanın kredit reytinqini 2000-ci ildən bu yana ilk dəfə "investisiya edilə bilər" səviyyəsindən aşağı salması bazarları da silkələyib.
Cənub Afrika Prezidenti Jacob Zumanın, keçmiş maliyyə naziri Pravin Gordhan, o cümlədən çoxlu sayda nazirin yerinə təyinatlar etməsinin ardından, S&P Cənubi Afrikanın kredit reytinqini "BB+"a endirb, proqnozunu isə "mənfi" olaraq açıqlayıb.
Ölkənin pul vahidi Rand, qərardan sonra 3 ayın ən aşağı səviyyəsinə geriləyib, istiqraz faizləri yüksəlib.
Rand, bu gün səhər də 0,7 faiz ucuzlaşma ilə inkişaf edən ölkə pul vahidləri əarasında dollara qarşı ən çox dəyər itirən pul vahidi olub.
Cənubi Afrikanın reytinqini 7 Apreldə qiymətləndirəcək Moody's da Bazar ertəsi verdiyi bəyanatda kabinetdəki dəyişikliklərin, struktur islahatların davamına dair sual yaratdığını bildirmişdir.
Cənubi Afrika Prezidenti Jakob Zuma, günlərlə davam edən siyasi gərginlikdən sonra maliyyə naziri Pravin Gordhanı vəzifədən azad edərək, yerinə daxili işlər naziri Malusi Gigabayı təyin etmişdir.
Yeni maliyyə naziri Gigaba dünən verdiyi bəyanatda iqtisadi artımı və qara xalqın rifahını təmin etmək üçün "sərt qaydalar" tətbiq edəcəyini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 12 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 33 d. əvvəl
- 43 d. əvvəl
-
50 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
56 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib


























