"Rusiyada bu il də rekord səviyyədə neft hasil ediləcək"
Rusyanın energetika naziri Aleksandr Novak, OPEC ilə əldə edilmiş razılaşma ilə hasilatın azaldılmasına baxmayaraq Rusiyada neft hasilatının bu il rekord səviyyəyə çataraq 549 milyon tona çıxacağını bildirib.
"Marja" xəbər verir ki, Novak, "2017-ci ilin sonuna qədər Rusiyada təxminən 549 milyon ton neft hasil ediləcəyini təxmin edirik" deyib.
Rusiya Energetika Nazirliyindən edilən açıqlamada, mart ayında ölkədə gündəlik neft hasilatının 2016-cı ilin Oktyabr ayına nisbətən gündəlik 202 min barrel azalaraq, 11 milyon 46 min barrelə gerilədiyi qeyd edilmişdi.
OPEC ilə əldə edilmiş razılaşmanın müddəti bu ilin ilk altı ayını əhatə edir. Hasilatın azaldılmasına dair müqavilənin uzadılmasına dair aparılan danışıqlardan hələ ki, bir nəticə çıxmayıb.
Son illərdə neft qiymətlərində baş verən azalmaya baxmayaraq, keçən il Rusiyada rekord səviyyədə - 527 milyon ton neft istehsal edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 12 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 33 d. əvvəl
- 43 d. əvvəl
-
49 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
56 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
























