"PayPal" artıq "Android Pay"də
Bu səhərdən etibarən Google-ın mobil ödəmə platforması "Android Pay"in tərkibinə, "PayPal" etibarən elektron ödəmə sistemi də daxil olub. "Marja" xəbər verir ki, iki şirkət etdikləri birgə açıqlamada mobil proqramlar üzərindəki təsirlərini genişləndirməklə bərabər, fiziki olaraq işləyən ənənəvi ticarətçilərin də sistemlərini daha çox istifadə etmələrini istəyirlər.
"PayPal" və "Google" arasında bağlanmış müqavilə ilə Amerika Birləşmiş Ştatlarında yaşayan "Android Pay" istifadəçiləri "PayPal" hesabları ilə "Android Pay" hesablarına daxil ola biləcəklər. Tərəfdaşlıq inteqrasiyası "Discover" ilə təmin olunacaq, yəni "Android Pay" kisələri "Discover" və "Android Pay" qəbul edən hər yerdə çalışacaq.
KREDİT KARTLARI DA ƏLAVƏ OLUNACA
Bu sayədə "Android Pay" üzərindən (vasitəsilə) "PayPal" hesablarındakı pul ilə "Uber", "Subway", !Dunkin Donuts" kimi məkanlarda ödəniş etmək olacaq.
Ancaq diqqət edilməsi lazım olan nöqtə, ilk olaraq yalnız "PayPal"daki vəsaitlərin istifadə edilməsinin mümkünlüyüdür. "PayPal" hesabına bağlı kredit kartları vasitəsilə "Android Pay" ilə ödəmə hələ ki, mümkün deyil. Sonrakı dövrdə bu xüsusiyyətin də əlavə olunması gözlənilir.
Beləliklə, "Android Pay"in dəstəkləmədiyi banklara aid kredit kartları ilə də "Android Pay" istifadə etmək mümkün olacaq. "Google PayPal"ın gözlədiyi genişlənmə təsirinin ən mühüm ayağını da bu həmlə təşkil edir.
"Apple Pay" bu ana qədər 86 milyon istifadəçiyə, "Android Pay" və "Samsung Pay" cəmi yalnız 58 milyon istifadəçiyə malikdir. "PayPal" ötən yay da "Visa" və "Mastercard" ilə əməkdaşlığa getmiş və ABŞ daxilindəki elektron ticarət həcmi 15 milyard dollara qalxmışdı.
"Android Pay"i hazırda ABŞ, Birləşmiş Krallıq, Rusiya, Cənubi Koreya, Sinqapur, Avstraliya, Yaponiya, Belçika, Yeni Zelandiya, Polşa və İrlandiya Respublikasında istifadə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 28 d. əvvəl
- 38 d. əvvəl
-
45 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
51 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
59 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib

























