“Bakı ilə İrəvan arasında təmasların nə vaxt baş tutacağına azərbaycanlı və erməni həmkarlarımız qərar verəcək”
“Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və dayanıqlı nizamlanmasının bir hissəsi regionda normal həyatın və ermənilərlə azərbaycanlılar arasında mehriban qonşuluğun qurulmasıdır”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Avyazyanla danışıqlarının yekununa dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, normal həyatın qurulması regionda yaşayan milli, etnik, konfessional və dini qrupların marağına da cavab verərdi: “Biz bunun fəal tərəfdarıyıq. Bu istiqamətdə atılacaq addımları aktiv dəstəkləyəcəyik. Bakı ilə İrəvan arasında birbaşa, o cümlədən rəhbərliklər arasında təmaslar nə vaxt baş tutacaq, buna azərbaycanlı və erməni həmkarlarımız özü qərar verəcək”.
Rusiya XİN başçısı bildirib ki, üçtərəfli bəyanatın imzalanması Dağlıq Qarabağ münaqişəsinin ədalətli əsasda, erməni və Azərbaycan xalqlarının maraqları çərçivəsində uzunmüddətli və dayanıqlı nizamlanması üçün bütün lazımi şəraiti yaradır: “Biz bir aya yaxındır ki, atəşkəsə riayət olunmasından məmnunuq. Qaçqınlar qayıdır. Həlak olanların cəsədlərinin və hərbi əsirlərin mübadiləsində, itkin düşənlərin axtarışında hərəkətlilik var. Bu kimi kəskin humanitar məsələlər tez bir zamanda həll olunmalıdır. Biz bərpa prosesində, iqtisadiyyat və infrastrukturun, səhiyyə sisteminin bərpa olunmasında maraqlıyıq. Ümumilikdə dinc həyatın təmin olunması Dağlıq Qarabağ ərazisində ermənilərlə azərbaycanlılar arasında olduğu kimi, dövlətlərarası planda da mehriban qonşuluq münasibətlərinin qurulmasına kömək edərdi. Bu, regionda yaşayan xalqların və ölkələrin rifahı naminə inam və əməkdaşlıq atmosferinin formalaşmasına da yardım edərdi. Əminik ki, müxtəlif dinlərin nümayəndələri, müxtəlif millətlər və fərqli inanclı insanlar harada olmasından asılı olmayaraq, sülh və təhlükəsiz şəraitində yaşamalıdır. Bu cür yanaşma Cənubi Qafqazın haqqıdır və biz buna hər cür dəstək verəcəyik”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
11 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
17 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
25 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 33 d. əvvəl
- 34 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 40 d. əvvəl
-
43 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 46 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Ən çox oxunanlar
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq


























