Azərbaycanda yük daşınması 30%-ə yaxın azalıb
Koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, Azərbaycan Respublikasına və bəzi rayon, şəhərlərin ərazisinə giriş-çıxışın, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması yük vəsərnişin daşımalarının azalmasına gətirib çıxarmışdır.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, yük daşınması cari ilin noyabr ayında oktyabr ayına nisbətən 3,3 faiz artsa da, ötən ilin noyabr ayı ilə müqayisədə 26,7 faiz azalmış, nəticədə ümumilikdə cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkə üzrə yük daşınması 19,6 faiz azalmışdır. Sərnişin daşınması cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 5,1 faiz, ötən ilin noyabr ayına nisbətən 54,5 faiz azalaraq ümumilikdə cari ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə sərnişin daşınmasının 40,5 faiz azalmasına səbəb olmuşdur.
Yüklərin 59,0 faizi avtomobil, 29,8 faizi boru kəməri, 7,8 faizi dəmir yolu, 3,2 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 10 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 31 d. əvvəl
- 41 d. əvvəl
-
48 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
54 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib


























