Fərdi sahibkarların sayı 1 milyonu keçib
2020-ci il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 6,3 faiz artaraq 2021-ci il yanvarın 1-i vəziyyətinə 155435 olmuşdur. Artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “İnformasiya və rabitə”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Emal sənayesi”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Peşə, elmi və texniki fəaliyyət”, “Tikinti” və “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar” sahələrində nəzərəçarpacaq dərəcədə olmuşdur.
“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olmuşdur.
Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (30,3%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (19,0%), “Tikinti” (9,9%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (7,7%), “Peşə, elmi və texniki fəaliyyət” (6,9%) və “Emal sənayesi” (5,8%) sahələrinin payına düşür.
Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (21,6%), İran (10,4%), Rusiya (4,6%), Böyük Britaniya (4,1%), ABŞ (1,7%) və Almaniya (1,1%) kimi ölkələrin sahibkarları tərəfindən yaradılmışdır.
2020-ci il ərzində ləğv edilmiş statistik vahidlərin 19,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16,1 faizi “Maliyyə və sığorta fəaliyyəti”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin hər birində 11,8 faiz, 7,0 faizi “Tikinti” sahəsində, qalanları isə digər bölmələrin payına düşür.
Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 33,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 7,9 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,7 faizi “Emal sənayesi”, 7,0 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 6,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
2020-ci il ərzində yeni yaradılmış statistik vahidlərin 98,2 faizi xüsusi mülkiyyətli (o cümlədən 12,4 faizi tam xarici investisiyalı, 1,6 faizi birgə mülkiyyətli), 1,8 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.
Qeydiyyatda olan statistik vahidlərin 60,3 faizi Bakıda yerləşmişdir. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 83,2 faizi Bakıda, 5,1 faizi Abşeron, 3,5 faizi Aran, 2,8 faizi Gəncə-Qazax, Lənkəran və Şəki-Zaqatala iqtisadi rayonlarının hər birində 1,4 faiz və qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınmışlar. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (8,5%), Abşeron iqtisadi rayonunda (4,8%), Gəncə-Qazax iqtisadi rayonunda (3,0%), Şəki-Zaqatala iqtisadi rayonunda (2,5%), Naxçıvan Muxtar Respublikası, Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarında (hər birində 2,3%), Lənkəran və Aran iqtisadi rayonlarında (hər birində 1,9%) daha fəal olmuşdur.
Bu dövrdə Bakı şəhəri üzrə 292, Aran iqtisadi rayonu üzrə 41, Abşeron iqtisadi rayonu üzrə 25, Naxçıvan Muxtar Respublikası üzrə 19, Gəncə-Qazax iqtisadi rayonu üzrə 13, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 9, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 7, Lənkəran iqtisadi rayonu üzrə 6, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 3, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının hər biri üzrə isə 1 statistik vahid ləğv edilmişdir.
2021-ci il yanvarın 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında müəyyən edilmişdir.
2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 92,1 faizini mikro sahibkarlıq subyektləri təşkil etmiş və onların əsas hissəsi ticarət (32,1%), digər sahələrdə xidmətlərin göstərilməsi (15,8%), tikinti (10,3%) və kənd təsərrüfatı (8,1%) sahələrində yaradılmışdır.
2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5,3 faizini kiçik sahibkarlıq subyektləri təşkil etmiş və onların əsas hissəsi ticarət (29,4%), tikinti (12,6%), emal sənayesi (9,3%) və peşə, elmi və texniki fəaliyyət (7,3%) sahələrində yaradılmışdır.
2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1 faizini orta sahibkarlıq subyektləri təşkil etmiş və onların əsas hissəsi ticarət (25,5%), tikinti (16,3%), emal sənayesi (11,9%) və nəqliyyat və anbar təsərrüfatı (5,6%) sahələrində yaradılmışdır.
2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri sahibkarlıq subyektləri təşkil etmiş və onların əsas hissəsi ticarət (18,3%), emal sənayesi (15,3%), tikinti (15,0%) və nəqliyyat və anbar təsərrüfatı (6,8%) sahələrində yaradılmışdır.
Mikro sahibkarlıq subyektlərinin 63,4 faizi Bakıda, 10,6 faizi Aran, 7,1 faizi Abşeron, 4,9 faizi Gəncə-Qazax, 4,6 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda yaradılmışdır.
Kiçik sahibkarlıq subyektlərinin 66,9 faizi Bakıda, 8,8 faizi Aran, Gəncə-Qazax və Abşeron iqtisadi rayonlarının hər birində 5,9 faiz, 2,9 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda yaradılmışdır.
Orta sahibkarlıq subyektlərinin 62,7 faizi Bakıda, 9,4 faizi Aran, Gəncə-Qazax və Abşeron iqtisadi rayonlarının hər birində 5,9 faiz, 4,2 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda yaradılmışdır.
İri sahibkarlıq subyektlərinin 76,7 faizi Bakıda, 6,5 faizi Abşeron, 6,1 faizi Aran, 4,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılmışdır.
Fərdi sahibkarlar
2021-ci il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyonu keçmişdir.
Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçmişdir.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (28,0%), Aran (21,5%), GəncəQazax (13,8%) və Lənkəran (9,6%) iqtisadi rayonlarında qeydiyyata alınmışdır.
Fərdi sahibkarların 78,7 faizini kişilər, 21,3 faizini isə qadınlar təşkil etmişdir.
Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 30,7 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 23,9 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,9 faizini təşkil edir.
Sahibkar qadınların 30,9 faizi Bakıda, 17,9 faizi Aran, 16,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçmişdir. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,4%), Gəncə-Qazax (24,9%), Naxçıvan Muxtar Respublikası (22,3%) və Lənkəran (21,6%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat əvvəl
-
-
6 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
8 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
8 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
9 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib





















